BSU-nun rektoru, professor Nurlana Əliyeva "harada müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” deməsiylə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. O, heç kəsin ünvanına təhqiramiz, nalayiq ifadə işlətməyib, bu kampaniya sadəcə olaraq, şər və böhtandır.
ONN media xəbər verir ki, bu barədə məlumat axar.az-a Bakı Slavyan Universitetinin mətbuat xidmətindən verilib. Məlumatda bildirilir ki, dünəndən sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin rektoru, professor, YAP Qadinlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı ağlasığmaz ifadə və fikirlər səsləndirilir:
“Səbəb kimi may ayının 16-da rektorun universitetin akt zalında tələbələrlə görüşü zamanı guya müxalifətin ünvanına təhqiramiz ifadələr səsləndirməsi göstərilir.
N.Əliyeva indiyədək heç vaxt Azərbaycan vətəndaşları arasında fərq qoymayıb, sosial mənşəyindən, milli-etnik mənsubiyyətindən, iqtidar və yaxud müxalifət düşərgəsində təmsil olunmasından asılı olmayaraq, bütün insanlarımıza bu torpağın, yurdun bərabərhüquqlu vətəndaşları kimi baxıb. Dörd mindən artıq tələbənin qarşısında tez-tez çıxış edən rektor hər dəfə cəmiyyətdə həmrəylik, birlik, vəhdətin zəruriliyini vurğulayır, müharibə şəraitində yaşayan ölkəmizdə insanlarımızın bir yumruq kimi birləşməsinin vacibliyini önə çəkir. Belə bir halda onun dilindən cəmiyyətin müəyyən bir təbəqəsinin ünvanına nalayiq ifadənin işlədilməsi mümkünsüzdür.
Bütün bunlar ölkəmizdə narazılıq, qarşıdurma yaratmaq istəyənlərin, Azərbaycanda sabitliyi, qarşılıqlı etimad və inamı pozmaq arzusunda olanların çirkin əməlidir.
Sosial şəbəkə istifadəçilərindən bir daha xahiş edərdik ki, yoxlanılmamış, dəqiqləşdirilməmiş informasiyaları ictimaiyyətə çatdırmasınlar, əks təqdirdə bu, hamının başa düşdüyü qərəzə çevrilir”.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın tələbələrlə görüşü zamanı "harada müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” deməsiylə bağlı məlumat yayılıb.



Prezident Nurlana Əliyevanı işdən çıxardı
Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb”
YAP-da Bahar Muradovaya YÜKSƏK VƏZİFƏ verildi
Nurlana Əliyevaya yüksək VƏZİFƏ VERİLDİ - SƏRƏNCAM
Bakı Slavyan Universitetinin rektoru qovulan tələbələrlə bağlı açıqlama verdi
Rektorun 20 Yanvar qatilinə “sevgisi”: üzrü günahından betər...
BSU-da şok: Primakov kampaniyası başladı - Tələbələr etiraz edir
Azərbaycanda ən yaşlı və ən gənc rektorlar – SİYAHI
Prorektorlar işdən çıxarılıb? - BDU-dan AÇIQLAMA
Azərbaycanda sabiq rektor vəfat etdi — FOTO
Rektor Nurlanadan gülünc açıqlama
BSU-da "Azərbaycan Plovu Günü" adlı tədbir keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 