Rəsmi Bakı Londonun “Arsenal” klubunun erməni futbolçusu Henrik Mxitaryanın təhlükəsizliyinin qorunması ilə bağlı bütün zəmanətləri verib.
ONN media xəbər verir ki, bu barədə “Skay Nyus” nəşrinə müsahibəsində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqaladə və səlahiyyətli səfiri Tahir Tağızadə danışıb.
“Bu, A səviyyəli tədbirdir. Əgər bizim məqsədimiz onun ətrafında siyasi oyunlar oynamaqdırsa, bu başqa məsələdir. Ancaq Mxitaryana siyasətə görə deyil, futbolçu kimi pul ödəyirlər. Buna görə də gəlin digər məsələləri kənara qoyaq”, - səfir bildirib.
Henrik Mxitaryanın UEFA Avropa liqasının final qarşılaşması çərçivəsində Londonun “Arsenal” klubunun heyətində Bakıdakı qarşılaşmada iştirakı və təhlükəsizliyinin təmin olunması məsələsi ilə bağlı Azərbaycan tərəfi dəfələrlə rəsmi zəmanət versə də, Ermənistan tərəfi sözügedən vəziyyətdən süni istifadə etməyə və gərginlik yaratmağa çalışır. Ermənistan mətbuatı Mxitaryanın “problemi”ni xüsusi diqqətdə saxlayır, əslində kiçik bir nüans kimi xarakterizə olunan vəziyyəti böyük problem kimi qələmə verməyə cəhd edir.
Belə olan halda Azərbaycanın işğal edilmiş torpaqlarına qanunsuz səfər etdiyi üçün adı “qara siyahı”mıza düşən Mxitaryanın ətrafında qurulan oyunun siyasi xarakter daşımasına şübhə yeri qalmır. Çünki rəsmi Bakı erməni futbolçunun qanunsuz əməlinə baxmayaraq, idmanı siyasətə qarışdırmır, bu futbolçunun təhlükəsizliyinin təmin olunması üçün bütün zəmanətləri verməyə hazır olduğunu açıqlayır. Lakin erməni və erməniyönlü bir sıra Qərb mediası “narahatlıq və qayğı”larından əl çəkmir.
Ermənilər nümayiş etdirdiyi mövqe ilə “siyasi oyuncağa” çevrildiyini göstərən Mxitaryanın ölkəmizin bu mənada beynəlxalq idman ictimaiyyətində formalaşmış yüksək imicinə zərbə vurmaq istəsələr də, Bakıda 2015-ci ildə keçirilmiş I Avropa Oyunları zamanı yaşananları unudublar. I Avropa Oyunlarının boks yarışında 91 kq çəki dərəcəsində Ukraynanı təmsil edən və gümüş medal qazanan erməni əsilli Qevorq Manukyana ölkə başçısı İlham Əliyev tərəfindən edilmiş jest, Azərbaycan Prezidentinin dünyaya verdiyi sülhpərvərlik mesajı ermənilərin bu gün arxasınca qaçdığı mənasız iddiaları hələ o zaman alt-üst etmişdi.



“Mxitaryan şousu”nun sifarişçisi ortaya çıxdı
“Mxitaryan qorxursa, özünə uşaq bezi alsın” - Əfsanəvi futbolçu
Mxitaryan Bakıya gəlməkdən qorxdu?
Məşhur erməni futbolçu Bakıya gələcək?
XİN -dən Ermənistana REAKSİYA
"Arsenal" klubunun futbolçuları Bakıdadırlar
Prezident Elin Süleymanovla bağlı sərəncam imzaladı
Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - SİYAHI
Özildən böyük final öncəsi paylaşımı: Azərbaycanlı qardaşlarım...
Bakıda olan erməni idmançılardan: Bura çox təhlükəsizdir, insanları yardımsevərdir - VİDEO
Erməni futbolçular "Qarabağ"la oyuna görə Bakıya gələcək?
UEFA-dan “Arsenal” azarkeşlərinə XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 