İngiltərənin “Arsenal” və Ukraynanın “Vorskla” klublarının oyunçuları Henrix Mxitaryan və Qeqam Kadimyanın UEFA Avropa Liqasında “Qarabağ”la Bakıdakı qarşılaşmalarda iştirak edib-etməyəcəyi hələ məlum deyil.
ONN media xəbər verir ki, məsələ ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, komandaların “Qarabağ”la oyun üçün iştirak ərizəsindən sonra bu məsələyə qayltmaq olar.
H.Hacıyev qeyd edib ki, bununla bağlı XİN-ə daxil olacaq hər hansı müraciətə baxılacaq.
“Arsenal”ın sözçüsü isə bildirib: “Bizim bütün futbolçularımız və əməkdaşlarımızın təhlükəsizliyi məsələsi həmişə prioritetlər siyahısında yuxarı pillədə dayanır. Biz futbolçu ilə danışdıqdan sonra qərar qəbul edəcəyik”.
"Qarabağ" Bakıda "Arsenal"la oktyabrın 4-də, "Vorskla" ilə 25-də qarşılaşacaq.
Xatırladaq ki, Avropa Liqasının 2015/16 mövsümündə o vaxt Dortmund “Borussiya”sının futbolçusu olan H.Mxitaryan Azərbaycanda “Qəbələ” klubu ilə oyunu buraxmışdı.
Qeyd edək ki, ötən gün Monako şəhərində UEFA Avropa Liqası turnirinin 2018/2019-cu il mövsümünün qrup mərhələsinin püşkü atılıb. Püşkə əsasən, Azərbaycanın turnirdə yeganə təmsilçisi "Qarabağ" E qrupunda “Arsenal”, “Sportinq” və “Vorskla” klubları ilə qarşılaşacaq.
Final qarşılaşması 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.



Məşhur erməni futbolçu Bakıya gələcək?
"Arsenal" klubunun futbolçuları Bakıdadırlar
UEFA-dan “Arsenal” azarkeşlərinə XƏBƏRDARLIQ
Mxitaryan Bakıya gəlməkdən qorxdu?
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
"Çelsi" və "Arsenal" azarkeşləri üçün Bakıda 3 ərazi ayrıldı
Özildən böyük final öncəsi paylaşımı: Azərbaycanlı qardaşlarım...
“Arsenal” - “Qarabağ” matçının biletləri satışda!
Ermənistan qapıçısından ŞOK AÇIQLAMA- "Bakı təhlükəsiz şəhərdir"
“Mxitaryan şousu”nun sifarişçisi ortaya çıxdı
UEFA-dan Qarabağla bağlı paylaşım
Qurban Qurbanov növbəti oyundan danışdı: Hamımız qələbə gözləyirik
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 