Azərbaycanda dollar kreditləri ilə bağlı kompensasiyalarını hər hansı səbəbdən almamış vətəndaşların mayın 31-dən sonra da vaxtı var. ONN media bildirir ki, bunu Report-a Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev bildirib. “Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası bu gün başa çatır. Amma hələ də ona düşən kompensasiyanı gəlib almayan vətəndaşlar var. Həmin vətəndaşlar kompensasiyalarını bu gündən sonra da götürə bilərlər”, – deyə o, qeyd edib. Palata rəsmisi fərmanın icrası ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının fəaliyyəti barədə də məlumat verib: “İndiyə qədər komissiyaya 25 min nəfərə yaxın vətəndaş müraciət edib. Onlardan 12 mininin müraciətinə baxılıb və şəxsi kabinetlərinə cavablar göndərilib. Müraciətlər xüsusi araşdırma tələb etdiyi üçün müəyyən qədər vaxt alır. Baxılmamış müraciət qalmayacaq, bütün müraciətlər növbəlilik prinsipi ilə cavablandırılacaq. Vətəndaşlara vaxtaşırı şəxsi kabinetlərini yoxlamaları tövsiyə olunur”.
Kompensasiya almayanların NƏZƏRİNƏ!



Kompensasiyalarla bağlı SMS almayan vətəndaşların - DİQQƏTİNƏ
Problemli krediti olanlar mütləq oxuyun
Problemli kreditlər siyahısında adı çıxmayanlar nə etməlidir?
Gözlənilən gün gəldi- Problemli kreditlərlə bağlı veriləcək kompensasiyanın məbləği...
Problemli kreditlərlə bağlı işlərin icraatı təxirə salınıb?- AÇIQLAMA
Kreditlərlə bağlı şad xəbər: İlin sonunda...
Problemli krediti olanların nəzərinə...
Kredit güzəşti necə hesablanır?- MÜTLƏQ OXUYUN
Daha 2 səyyar qrup yaradılıb – Eyvazov
Bu şəxslərin problemli kreditinə güzəşt ediləcək - AÇIQLAMA
Problemli krediti olan şəxslərə VACİB XƏBƏR
Azərbaycanda əks-göstəriş sertifikatı alanların SAYI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 