ONN İnformasiya Agentliyi

İlham Əliyev: “Sabah Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcək”

İlham Əliyev: “Sabah Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcək”
15 Yanvar 2018 - 23:50

“Sabah Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcək. Azərbaycanın “Buta Airveys” şirkəti birinci reysi icra edəcək. Bu da çox əlamətdar hadisədir. Bu reys əlbəttə ki, insanları bir-birinə daha da sıx bağlayacaq, insanlararası əlaqələr güclənəcək, turizmin inkişafına təkan veriləcək və bir sözlə, Bolqarıstan-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcək”.

ONN media-nın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Bolqarıstan baş naziri Boyko Borisovla birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, iki ölkə humanitar sahədə də əməkdaşlığı dərinləşdirir: “Azərbaycanda Bolqarıstanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına çox böyük maraq var. Bakı Slavyan Universitetində bolqar dili və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir. Əlbəttə ki, humanitar sahədəki əməkdaşlıq, insanlar arasındakı ünsiyyət bizim dostluğumuzu daha da möhkəmləndirir və möhkəmləndirəcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png