Azərbaycan Prezidenti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlar uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq.
ONN media xəbər verir ki, bu sözləri deputat, iqtisadçı alim Vüqar Bayramov qeyd edib. O bildirib ki, araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək:
"Yəni, əgər vətəndaş daşınmaz əmlakının qeydiyyata alınması ilə bağlı müraciət edən zaman qeydiyyata məsul olan dövlət qurumunda məlumat fərqli olarsa, o zaman 15 iş günü ərzində dəqiqləşdirmə aparılır. Məsələn, vətəndaşın sənədində torpağın təyinatı tikintiyə icazəyə imkan verirsə, amma dövlət qurumunda olan məlumat bazasında o ərazi kənd təsərrüfatı üçün yararlı torpaq kimi görsənirsə, o zaman məlumatı dəqiqləşdirmək üçün digər profil qurumlara sorğu göndəriləcək. Sorğu zamanı vətəndaşın sənədinin doğruluğu təsdiq olunarsa, həmin daşınmaz əmlak qeydiyyata alınacaq.
Bütövlükdə, yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşməsi prosesində məlumatların dəqiqləşdirilməsinə xidmət edəcək. Bu, həmçinin mülkiyyət hüquqların tanınması və qorunması baxıməndan da vacibdir"



Azərbaycanda bu rüsumlar ləğv olundu - QANUN
İpotekanın dövlət qeydiyyatı necə həyata keçirilir?
Sənədsiz evlərlə bağlı YENİLİK
İlham Əliyev bu qanuna dəyişiklik etdi
Evlərin sənədləşməsi ilə bağlı YENİLİK
Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib
Evinə çıxarış almaq istəyənlərin NƏZƏRİNƏ
Sənədsiz həyət evi olanlara şad xəbər
Pay torpaqları üzərində mülkiyyət hüquqları rəsmiləşdiriləcək - Fərman
Dövlət Xidməti torpaq almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Sənədsiz evlərlə bağlı AÇIQLAMA
Azərbaycanda “Dövlət rüsumu haqqında” qanun dəyişib
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 