ONN media xəbər verir ki, zərərvericilərə qarşı saxlama anbarların fumiqasiya edilməsi bu gün kənd təsərrüfatında ən vacib tədbirlərdən biridir.
Çünki, taxıl anbarlarda saxlanıldığı müddətdə zərərvericilər və mikroorqanizmlər tərəfindən 5-20%-ə qədər zədələnməyə məruz qalır. Bütün toxumçuluq təsərrüfatlarında istehsal olunan toxum materiallarının sağlam və keyfiyyətli saxlanılması üçün taxıl anbarlarının təmizlənməsi və fumiqasiya (zərərsizləşdirmə) olunması çox vacib məsələdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Fumiqasiya dəstəsi tərəfindən respublikamızın bir sıra rayon və şəhərlərində fermerlərə məxsus taxıl və digər toxum anbarlarında fumiqasiya tədbirləri həyata keçirilir və fumiqasiya olunmuş anbarlarda təhlükəsizlik qaydalarına əməl etmək üçün fermerlərə lazımi izahat və tövsiyələr verilir. Hazırda fumiqasiya tədbirləri davam edir.
Zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Qeyd edək ki, fumiqasiya (latınca fumigo – tüstü verirəm) – bitki xəstəlikləri törədicilərinə və zərərvericilərinə qarşı zəhərli buxar və qazlarla aparılan mübarizə tədbiridir. Bitki və bitki mənşəli məhsulların, anbarların, elevatorların, tədarük bazalarının, konteynerlərin, fabriklərin, tara, pambıq, tütün və digər emal müəssisələrinin fumiqasiya edilməsi təxirəsalınmaz tədbirlərdən sayılır. Xüsusilə idxal və ixrac olunan bitki və bitki mənşəli, karantin daşıyıcısı olan məhsulların zərərsizləşdirilməsi beynəlxalq müqavilələrdə öz əksini tapır.
Son zamanlar dünyanın bir sıra ölkələrində yayılmış karantin və xüsusi təhlükəli orqanizmlərin respublika ərazisinə daxil olmasının qarşısını almaq və anbarlarda bu zərərli orqanizmlərin məhv edilməsini təmin etmək məqsədilə karantin nəzarətində olan obyektlərdə zərərsizləşdirmə tədbirlərinin təlimata uyğun həyata keçirilməsi zəruridir. Fumiqasiya tədbirləri həyata keçirilməyən anbarlarda və digər saxlanma yerlərində məhsulun saxlanılması qanunla müəyyən edilmiş qaydada qadağandır.
İldən-ilə bitki mənşəli məhsulların idxalının artması, xüsusilə də karantin vəziyyəti zəif öyrənilmiş ölkələrdən, bir sıra xüsusi təhlükəli zərərli orqanizmlərin gətirilməsi kimi real təhlükə yaradır. İdxal edilən karantin nəzarətində olan yüklərə baxış zamanı il ərzində Azərbaycan Respublikası üçün karantin hesab edilən onlarla növ aşkar edilir.
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyi fumiqasiya tədbirləri aparılarkən normativ–hüquqi bazaya əməl edilməsinə diqqəti artırır.
Bildirək ki, 2017-ci ildə 253798 m3 meşə materialı, 161247 ton karantin nəzarətində olan material, 3716007 m3 anbar sahəsi zərərsizləşdirilib



Aqrar Xidmətlər Agentliyindən bu fermerlərə MÜRACİƏT
Azərbaycanda ilk dəfə “Respublika toxum sərgi-satış” yarmarkası keçirilib
Azərbaycanda yeni zavod fəaliyyətə başladı
Aqrar Xidmətlər Agentliyinə yeni TƏYİNAT
Sabahdan toxum sərgi-satış yarmarkasına start verilir
Azərbaycanda özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib
Kənd Təsərrufatı Nazirliyində YENİLİK
Pambıqçılıqla bağlı təlimlər davam edir
Baş nazirdən yeni qərar
Ağcabədi rayonunda regional müşavirə keçirilib
Çəyirtkələrə qarşı mübarizə
Əli Əsədovdan Dövlət Taxıl Fondu ilə bağlı QƏRAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 