Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev test imtahanlarından uğurla keçərək xidmətə qəbul edilən gənc əməkdaşlarla görüşüb.
ONN media xəbər verir ki, komitə sədri gənc əməkdaşları təbrik edib. Səfər Mehdiyev diqqətə çatdırılıb ki, 26 il əvvəl yaranmasına baxmayaraq, beynəlxalq gömrük ailəsində özünə layiqli yer tutan, fəaliyyəti nəinki regional, hətta beynəlxalq səviyyədə təqdirlə qarşılanan Azərbaycan Gömrük Xidmətinin uğurlarının başlıca səbəblərindən biri də ixtisaslı gənc kadrların seçilməsi, kadr siyasətinin günün tələbləri səviyyəsində qurulmasıdır.
Komitə sədri bildirib ki, gömrük işinin daha səmərəli şəkildə təşkil olunmasını təmin etmək məqsədilə həyata keçirilən islahatların əsas hədəflərindən biri də gömrük orqanlarını savadlı, peşəkar kadrlarla təmin etmək və bu istiqamətdə gənclərə xüsusi yer vermək, onların potensialından maksimum dərəcədə yararlanmaqdır. Dövlət başçısının tövsiyələrinə uyğun olaraq, gömrük orqanlarında xidmətə qəbul edilən əməkdaşların seçimi zamanı şəffaflığın və obyektivliyin təmin olunmasına xüsusi önəm verildiyini diqqətə çatdıran Səfər Mehdiyev, gənc əməkdaşların onlara göstərilən etimadı doğruldacaqlarına əmin olduğunu söyləyib.
Komitə sədri gənclərə çalışqan, əzmli olmağı, daim öz üzərlərində işləməyi, dövlətimizə və xalqımıza sədaqətlə xidmət etməyi tövsiyə edib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsində test imtahanlarından uğurla keçən 159 nəfər gənc gömrük orqanlarında xidmətə qəbul olunub.



Bakı gömrüyünün sədri işdən çıxarıldı - Təcili
Səfər Mehdiyev DTX-nın saxladığı şəxsi işdən çıxardı
Gömrükçülər külli miqdarda heroin aşkar etdi
DGK sədri Bəxtiyar Aslanbəyli ilə görüşdü
Gömrük Komitəsinin daha bir işçisi vəzifədən kənarlaşdırıldı
Səfər Mehdiyev polisi belə təhqir etdi- Video
Dövlət Gömrük Komitəsinin yeni sədri kollektivə təqdim olunub
"Xanoba" gömrük postunda tikinti işləri davam etdirilir
Səfər Mehdiyev Serbiya səfiri ilə görüşdü
Gömrükçülər 244 kq heroin aşkarladı
Səfər Mehdiyev Cahit Bağçı ilə görüşdü
Səfər Mehdiyevə ağır itki üz verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 