ONN media xəbər verir ki, Azərbaycan Müəllim İnkişafı Mərkəzi Kembric Peşəkar İnkişaf Mərkəzi kimi akkreditasiyadan keçib.
Kembric Universitetinin bölməsi olan Kembric Beynəlxalq Təhsil üzrə Qiymətləndirmə (Cambridge Assessment International Education), Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) Kembric Peşəkar İnkişaf Mərkəzi kimi akkreditasiyadan keçdiyini bəyan edib.
AMİM müəllimlərə İngiltərə, Uels və Şimali İrlandiya üçün mövcud olan Tədris və Öyrənmə və İkidilli şəxslərin Tədrisi üzrə Ali Təhsil Kvalifikasiyası üçün meyarların 4-cü və 5-ci Səviyyəsində Peşəkar İnkişaf Kvalifikasiyası (Prfessional Development Qualifications) - Sertifikat və Diplom Proqramlarında iştirak etmək imkanı təqdim edəcək. Kembric Peşəkar İnkişaf Kvalifikasiyası (Professional Development Qualifications) Sertifikatları 4-cü Səviyyədə 60, Diplom isə 5-ci səviyyədə 60 akademik kreditə malikdirlər.
Peşəkar İnkişaf Kvalifikasiyaları Proqramları (Professional Development Qualifications Programmes), təkcə mükəmməl tələbə öyrənməsini deyil, həm də müəllimlərin davamlı peşəkar inkişafı və öyrənməsinə dəyər və dəstək verərək onların bir ömür boyu öyrənənələrə çevrilməsini dəstəkləyir.
Kembric Peşəkar İnkişaf Kvaifikasiyaları proqramı ərzində müəllimlər müvafiq təhsil düşüncəsi və ən yaxşı beynəlxalq təcrübələrə tənqidi şəkildə yanaşacaq, öz tədris təcrübələrinə yeni fikirlər və yanaşmalar tətbiq edəcəklər. Gələcək inkişafı planlaşdırmaq və tələbələrin öyrənməsinin keyfiyyətini yaxşılaşdırmaq üçün təcrübə və nəticələr haqqında fikir mübadiləsi aparacaqlar.
Proqram 3 tədris modulundan ibarətdir – Sertifikat bir modulu, Diplom isə əlavə daha 2 modulu əhatə edir. Hər bir modul Təlimatlı təlim, Fərdi təhsil və İş əsaslı öyrənmədən ibarətdir. Hər modul üçün 4 ay ərzində 120 saatlıq təlim və hazırlıq tələb edir.
Yeni tədris ilində Kembric Peşəkar İnkişaf Kvalifikasiyaları (Cambridge Professional Development Qualifications) proqramına qoşulmaq istəyən müəllimlər daha ətraflı məlumat üçün Azərbaycan Müəllim İnkişafı Mərkəzinə müraciət etməlidirlər - [email protected]



Azərbaycan Müəllim İnkişafı Mərkəzi tərəfindən CELTA tədris mərkəzi kimi fəaliyyət göstərməsinə icazə verilib
Orta məktəb müəllimləri üçün qiymətləndirmə keçirilir
Azərbaycanda daha 8 ingilis dili mərkəzi açılacaq
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
Müəllimlərin işə qəbulu ilə bağlı daha bir dəyişiklik
Azərbaycanda Milli Diplom Reyestri yaradılacaq
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
DİM tərəfindən növbəti imtahanlar keçirilir
Fermer fəaliyyəti ilə bağlı yeni standart qəbul edildi
Nazirdən “Yüksəliş” müsabiqəsi ilə bağlı gənclərə MÜRACİƏT
800-dən çox müəllim imtahan verəcək
İlham Əliyev SƏRƏNCAM İMZALADI
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 