ONN media xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Göygöl və Tovuz rayonlarında olub və bölgələrdə fəaliyyət göstərən Regional Aqrokimya laboratoriyalarının işi ilə yaxından tanış olub.
Göygöl və Tovuz Regional Aqrokimya laboratoriyalarının fəaliyyətini müsbət qiymətləndirən Camal Quliyev aqrokimya laboratoriyalarının məhsuldarlığın artmasında və bitkiçilik məhsullarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasında əvəzsiz rol oynayacağını qeyd edib və əməkdaşlara qarşıda duran prioritet istiqamətlər barədə tövsiyələr verib.
Dövlət Xidmətinin rəisi sonra Tovuz rayonundan olan fermerlərlə sahədə görüşlər keçirərək Tovuz Aqrokimya laboratoriyasının fəaliyyəti barədə məlumat verib. Camal Quliyev bildirib ki, onlar laboratoriyanın imkanlarından istifadə etməklə, əkinlərə gübrələrin balanslaşdırılmış şəkildə verilməsini təmin edə bilərlər. Bu da öz növbəsində məhsulun maya dəyərinin azalmasına, keyfiyyətinin yaxşılaşmasına və məhsuldarlığın artmasına səbəb olacaq.
Fermerlərin diqqətinə çatdırılb ki, 2017-ci ildə Tovuz və Göygöl regional aqrokimya laboratoriyalarında torpaq mühiti, duzluluq, qida maddələri və mikroelementlərin təyini üzrə analizlər aparılıb və torpaq sahələri üçün kartoqramların hazırlanması işlərinə başlanılıb: “Bu laboratoriyalarda əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması təşkil edilir. Eyni zamanda, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması həyata keçirilir, torpağın morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji xüsusiyyətlərindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri, rütubət ehtiyatı ilə təmin edilməsi müəyyənləşdirilir, torpağın qida maddələri ilə təminolunma dərəcəsindən, bitkilərin bioloji xüsusiyyətindən və məhsuldarlıqdan asılı olaraq tələb olunan gübrə normaları müəyyən edilir. Yuxarıda sadalanan işlər fermerlərə və torpaq mülkiyyətçilərinə dövlət dəstəyinin gücləndirilməsi sahəsində mühüm əhəmiyyətə malik olacaq”. C. Quliyev bildirib.
Görüş çərçivəsində fermerlərin qaldırdıqları məsələlər və problemlər qarşılıqlı müzakirə olunub və həlli istiqamətində müvafiq tapşırıqlar verilib



Əlövsət Quliyev öz vəzifəsinə geri döndü
Fitosanitar müfəttişlərə FAO-nun sertifikatı təqdim olunub
Aqrar Xidmətlər Agentliyinə yeni TƏYİNAT
Nazir rəisi işdən çıxartdı — Yeni təyinat
Bitki və bitkiçiliyin yoxlanılması üzrə təlimlər başlayıb
Ramiz Mehdiyev məhkəməyə verildi
Nazirlikdən ciddi xəbərdarlıq
Dövlət fitosanitar nəzarəti xidməti kürdəmir rayonunda fermerlərlə görüş keçirib
Nazir Ağstafa və Tovuzda əkin sahələri, meyvə bağlarına baxış keçirdi - FOTO
Baş nazirdən yeni qərar
Azərbaycanda özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib
Elçin Quliyev Gürcüstan sərhəddində
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 