İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəza nəticəsində Bakı şəhərinin enerji təminatında yaranmış vəziyyətin paytaxtın nəqliyyat sisteminə, o cümlədən sərnişindaşıma və yol hərəkətinin təşkili işlərinə mümkün mənfi təsirlərini azaltmaq məqsədi ilə Bakı Nəqliyyat Agentliyində gecə saatlarından zəruri tədbirlərin görülməsinə başlanılıb.
Bu barədə ONN media-ya Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, əsas diqqət iyulun 3-ü səhər saatlarında sərnişindaşımada yarana biləcək çətinliklərin qarşısının alınmasına yönəldilib: "Bakı Metropoliteni QSC ilə koordinasiyalı iş qurulub. Elektrik enerji təminatındaki, mövcüd vəziyyətlə əlaqədar Bakı Metropoliteninin “Avtovağzal” stansiyası fəaliyyət göstərmədiyindən həmin istiqamətdə fəaliyyət göstərən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayının artırılıb. Yarana biləcək sərnişin sıxlığının aradan qaldırılması üçün Sumqayıt və ətraf ərazilərdən “Avtovağzal” metrostansiyasına gələn 142 və 91 nömrəli marşrut xətləri üzrə avtobuslar stansiyanın fəaliyyəti bərpa edilənədək metronun “Memar Əcəmi”, 158 və 130 nömrəli marşrut xətləri üzrə avtobuslar “20 Yanvar” stansiyasınadək hərəkət edəcək".
M.Ağayev qeyd edib ki, paytaxt yollarında nəqliyyatın normal, maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb: "Təxirəsalınmaz tədbirlər nəticəsində svetoforla nizamlanan yol kəsişmələri nəzarətə götürülüb. Mümkün məntəqələrdə svetoforların fəaliyyəti bərpa edilib. Digərlərinin də bərpası istiqamətində işlər aparılır".
Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyyə edir ki, bəzi küçə və prospektlərdə svetoforlar işləməməsini nəzərə alaraq hərəkətin fasiləsizliyi və təhlükəsizliyi məqsədilə son dərəcədə ehtiyatlı və diqqətli olsunlar.



Bugün metro işləməyəcək- RƏSMİ
Bu gecə yenə işıqlar sönəcəkmi?
BNA: Xəttə əlavə avtobuslar buraxılacaq
Bakıda AĞIR QƏZA: bu prospektə böyük tıxac yarandı
Bu prospektə QƏZA - Tıxac yarandı
Bu yolda qəza baş verdi - TIXAC VAR
Şəhərlərarası gecə avtobus reysləri bərpa edilir
"Bakı Kart" işlədənlərə ŞAD XƏBƏR
Avtovağzal gücləndirilmiş iş rejimində çalışacaq
Bakıda bu marşrutların xəttinin hərəkət istiqaməti dəyişdirilir
BNA -dan 8 nəfərin ölümünə səbəb olan sürücü ilə bağlı - AÇIQLAMA
Bu yollarda sürət həddi endirildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 