Azərbaycanda ünvanlı sosial yardım almaq üçün prosedurlar sadələşdirilir.
ONN media xəbər verir ki, ilkin olaraq yardım almaq üçün müraciət zamanı elektron ərizədə bəyannamənin doldurulması üçün tələb olunan sənədlərin sayı azaldılır. Sonrakı mərhələdə isə sosial yardımı almaq üçün, ümumiyyətlə hər hansı bir sənəd toplamaq və ərizə bəyannaməsi verməyə ehtiyac olmayacaq.
Sosial yardım almaq üçün müraciət zamanı ailənin gəlirləri, tərkibinə daxil olanların pensiya və müavinətləri barədə məlumatlar vətəndaşdan istənilməyəcək. Artıq belə məlumatlar birbaşa mərkəzi informasiya bazalarından götürüləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən atılan bu addımın əsas məqsədi sosial yardım üçün prosedurların sadələşdirilməsidir. Sadələşdirmə iki mərhələdə həyata keçiriləcək, birinci mərhələnin sentyabrın sonuna kimi yekunlaşdırılması planlaşdırılır.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bütün məlumatların vahid elektron bazada toplanılmasını nəzərdə tutan "Sosial Reyestr"in hazırlanması prosesi gedir. Bu proses başa çatdıqdan sonra ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət zamanı hər hansı "ərizə-bəyannamə"nin doldurulmasına ehtiyac qalmayacaq.
Sözügedən layihənin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, ötən il ünvanlı sosial yardım alanların sayı 80 min ailəyə yaxın olub. Bu ilin son 6 ayı ərzində isə bu rəqəm azalaraq 54 min ailə və ya 213 min nəfər təşkil edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
[embed]https://www.youtube.com/watch?v=n8RySJyUFWo[/embed]


Bu prosedur SADƏLƏŞDİRİLƏCƏK
Bu şəxslərin nəzərinə - QAYDALAR DƏYİŞDİ
İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Ünvanlı sosial yardım almaq istəyənlərin nəzərinə
Ünvanlı sosial yardımla bağlı MÜHÜM YENİLİK
Dövlətdən pul almaq istəyənlərə ŞAD XƏBƏR – Prezident göstəriş verdi – VİDEO
Ünvanlı sosial yardım alanlar üçün yeni xəbər
Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişir
Sosial yardımın şərtləri sadələşdirildi
Yeni Sərəncamla ödənəcək birdəfəlik yardım 47 min ailəni əhatə edəcək
Ünvanlı dövlət sosial yardımları ÖDƏNİLDİ
Nazirlik sosial yardım almaq istəyənlərə müraciət etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 