Görüşdə meyvə-tərəvəz istehsalçılarının problemləri və onlardan çıxış yolları müzakirə olunub.
ONN media xəbər verir ki, Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb.
Görüşə “Buta”, “Amoris”, “Agrosell”, “Grow Group”, “Green Tech”, “Azərsun Holding”, “Binə Agro” şirkətlərinin nümayəndələri qatılıblar. Görüşdə meyvə-tərəvəz istehsalçılarının problemləri müzakirə olunub, problemlərdən həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılıb. Nazir İnam Kərimov Gələcəkdə Assosiasiyanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aqrar sahədə kiçik təhlil mərkəzinin yaradılmasını, bu qurumun Kənd Təsərrüfatı Nazirliyini nəzdində Aqrar Tədqiqatlar Mərkəzi ilə sıx əməkdaşlıq əlaqələri qurmasını tövsiyə edib. Bundan başqa görüşdə Assosiasiyanın təşkilatlanması və onun gələcək inkişafı ilə bağlı idarəetmə mexanizminin optimallaşdırılması üçün katibliyin yaradılması məsələsinə də toxunulub.
Assosiasiya üzvləri bu cür görüşlərin keçirilməsini müsbət dəyərləndirib və mütəmadi fikir mübadiləsi aparmaq üçün yeni platformaların yaradılmasını məqbul sayıblar. Görüşdə ölkəyə ən son nəsil aqrotexniki avadanlıqların gətirilməsi, bu avadanlıqların assosiasiyaya üzv şirkətlərə verilməsi, bitki sortlarının təhlili üçün Quba Əkinçilik İnstitutu ilə birgə əməkdaşlıq, badam bağlarının salınmasına dəstək verilməsi, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililərin inşasına icazə verilməsinə köməklik göstərilməsi, kənd təsərrüfatı təyinatlı tikililərin təyinat hüququnun tanınması və onların rəsmi sənədləşməsinin aparılması, mövcud xarici bazarların keyfiyyətli məhsulla təmin olunması kimi təkliflər müzakirə olunub.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov, Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Vüqar Babayev, nazirliyin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov da iştirak ediblər.



İnam Kərimov şərab istehsalçıları və ixracatçıları assosiasiyasının üzvləri ilə görüşüb
Kərimov vəzifəsindən AZAD EDİLDİ
Nazir vətəndaşlarla görüşəcək
İnam Kərimov Türkiyədə səfərdə olub
İnam Kərimova yeni VƏZİFƏ VERİLDİ
İnam Kərimov Macarıstanın xarici işlər naziri ilə görüşüb
Prezident Pirşağıda açılış etdi
Nazir İnam Kərimov vətandaşlarla görüşəcək
İnam Kərimov Şəki rayonunda vətandaşlarla görüşəcək
İnam Kərimov vətəndaşları qəbul edəcək
Bu şəxslərə meyvə və tərəvəz smuziləri OLMAZ
Nazir elan etdi: Gələn ildən bu sistem işə düşəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 