Artıq aqrar subsidiyaların elektron kənd təsərrüfatı sistemindən verilməsi ilə bağlı işlər başa çatıb. Gələn ildən bu sistemin tətbiqinə başlanılacaq. ONN media xəbər verir ki, bu sözləri Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib. O bildirib ki, 2019-cu ildə ölkənin ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması üçün mühüm fərman və qərarlar qəbul edilib: “Elektron sistemin tətbiqi nəticəsində fermerlərin gəlirləri artacaq və dövlət xidmətlərindən daha yaxşı istifadə edə biləcəklər. Kənd təsərrüfatı məhsullarının ixracı prosesi artıb. “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi buna daha əlverişli şərait yaradır. Bu sistem fermer və sahibkarların xarici bazara mallarını çıxarmaq imkanını daha da genişləndirib və asanlaşdırıb. Bu islahatın mərkəzində Azərbaycan vətəndaşı və Azərbaycan fermeri dayanır. Məhsullarımızın sürətli keçidi təmin edilir və xarici bazarlara daha tez çatır. Bu da xarici bazarda rəqabətin artmasına səbəb olur. Nəticədə fermerlər daha çox gəlir əldə edir və onların sosial rifahı yaxşılaşır. Biz bunu tərəvəz və meyvə ixracında daha çox görmüşük”.
Nazir elan etdi: Gələn ildən bu sistem işə düşəcək



Qubada EKTİS sisteminin tətbiqinə hazırlıq başa çatır
Şəki sakinlərinin DİQQƏTİNƏ
İnam Kərimov Macarıstanın xarici işlər naziri ilə görüşüb
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə startaplara dəstək verəcək
Nazirdən AÇIQLAMA- “Ərzaq məhsulları 50 faiz ucuzlaşacaq”
İnam Kərimova yeni VƏZİFƏ VERİLDİ
Azərbaycanla Türkiyə arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalanıb
Dövlət Aqrar Ticarət Şirkəti yeni layihəyə start verib
Kərimov vəzifəsindən AZAD EDİLDİ
Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurası yaradılıb
Prezident fərman imzaladı
Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə" mağazası istifadəyə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 