Kənd təsərrüfatı nazir İnam Kərimov “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının etik davranış Qaydaları”nı təsdiq edib.
Nazirlikdən ONN media -ya verilən məlumata görə, qəbul olunan etik davranış qaydalarının məqsədi vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinə etimadını yüksəltmək, fermerlərin çağırışlarına hazır müasir düşüncəli, operativ və öz davranışları ilə nümunə olacaq əməkdaşların formalaşdırılması, nazirliyin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasıdır. Qaydalara əsasən, əməkdaşların xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətdir.
Qaydalarda etik davranış qaydalarına əməl olunmasının təminatı, rəhbərlik tərəfindən həyata keçiriləcək nəzarətin mexanizmi etik davranış qaydalarının pozulmasına görə məsuliyyətlə bağlı məsələlər öz əksini tapıb.
Qaydalarda nazirlik əməkdaşının peşəkarlıq və fərdi məsuliyyətinin artırılması, loyallıq prinsipinə əməl edilməsi, qərəzsiz olması və digər məsələlərlə bağlı müddəalar öz əksini tapıb. Etik davranış qaydalarına riayət olunmasının təminatı olaraq bu qaydalar internet vasitəsilə ictimaiyyətə açıqlanacaq.
“Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının etik davranış Qaydaları”na uyğun olaraq Nazirlik Aparatının, tabeli qurumların, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşlarına etik davranış qaydaları, dinləmə qabiliyyəti, fermerlərin müraciətlərinin düzgün və operativ cavablandırılması və digər bu kimi mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulur.



İnam Kərimova yeni VƏZİFƏ VERİLDİ
Mədəniyyət Nazirliyindən qırmızı dodaq boyası qadağasına REAKSİYA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub
İnam Kərimov 3 əsas fəaliyyət prinsipini açıqladı
İnam Kərimov Macarıstanın xarici işlər naziri ilə görüşüb
Yeni nazir Cocuq Mərcanlıda
İnam Kərimov Şəki rayonunda vətandaşlarla görüşəcək
Azərbaycanda 21 polis işdən çıxarıldı - BU SƏBƏBDƏN
SON DƏQİQƏ: Nazirlər Kabinetinin yüksək vəzifəli işçisi qovuldu
Nazir İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edib
İnam Kərimov vətəndaşları qəbul edəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 