Nazirlər Kabineti beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərə münasibətdə müvafiq normativ aktlarında dəyişikliklər edib. ONN media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. “Avtomobil nəqliyyatı haqqında” Qanuna dəyişiklik edilərək, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər Nazirlər Kabineti tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli şəxslərin sırasından çıxarılıb. Belə ki, beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş peşəkarlıq səriştəsinə dair proqram üzrə hazırlıq keçirlər. Qeyd edilənlərlə əlaqədar beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin fəaliyyətini əhatə edən Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş sürücülərin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında əsasnamədən, sərnişin və baqaj daşınması qaydalarından, yüklərin daşınması qaydalarından, sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə xüsusi proqramdan beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə dair müddəalar uyğunlaşdırma çərçivəsində çıxarılıb. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə mövcud normativ hüquqi aktlar, texniki qaydalar və təlimatlar əsasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarının təhlükəsizliyinə, habelə bu daşımalarda istifadə edilən avtonəqliyyat vasitələrinin istismarına və saxlanılmasına nəzarəti təmin edən orqanların dairəsi müəyyənləşdirilib. Bununla bağlı Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın yerinə yetirilməsinə nəzarətin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən də həyata keçirilirməsinə dair müddəa həmin qaydalara əlavə edilib.
Əli Əsədov yeni qərar imzaladı



Sərnişin və yük daşımaları ilə bağlı QƏRARLAR DƏYİŞDİ
Taksi sürücülərinin nəzərinə: 35 manat oldu
Əli Əsədov qərar imzaladı
Yük maşını sürənlər MÜTLƏQ OXUYUN
Baş nazirdən sürücülüklə bağlı YENİ QƏRAR
Bu sürücülər CƏZALANDIRILACAQ
Əli Əsədov dizellə bağlı MÜHÜM QƏRAR İMZALADI
Taksi sürücülərinin NƏZƏRİNƏ- Bu tarixdə...
Sürücülərə yeni cərimə tətbiq olunur
Bu taksi sürücüləri ilə bağlı YENİLİK
Taksi sürücülərinə BƏD XƏBƏR
Sürücülərin NƏZƏRİNƏ! Bundan sonra...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 