İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 80 mininci müraciət olub. Müraciət özəl tibb fəaliyyətinə lisenziya (xüsusi razılıq) verilməsi ilə bağlı olub və "Lisenziyalar və icazələr haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq cavablandırılıb.
ONN media Olaylar-a istinadla xəbər verir ki, Nazirlikdən bildirilib ki, 2009-cu ildən vətəndaşlara xidmət göstərən 195-2 Çağrı Mərkəzinə daxil olan müraciətlər canlı rejimdə birbaşa və səsli menyu vasitəsilə cavablandırılır. Çağrı Mərkəzinə daxil olmuş müraciətlərə operativ cavab verilir, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülür. Bundan başqa, 195-2 vətəndaşlara məlumatlandırma və məsləhət xidməti də göstərir. Vətəndaşlara 195-2 Çağrı Mərkəzi xidmətinin səsli menyusundan istifadə etməklə İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalar, investisiya təşviqi sənədinin, sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi, İqtisadiyyat Nazirliyinin tabeliyində olan Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin vəsaitlərindən istifadə, qrant müqavilələrinin qeydə alınması qaydası, sahibkarlıq sahəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən yoxlamaların dövlət tənzimlənməsi və istehlakçıların qanuni hüquqlarının müdafiəsi barədə ümumi məlumatları gün ərzində əldə etmək imkanı yaradılıb. Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.



Nazirliyin 195-2 Çağrı Mərkəzinə 1800-dək müraciət olub
İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 6 mindən çox müraciət daxil olub
Bu Çağrı Mərkəzinə 5 mindən çox müraciət olub
Komitəyə 16 mindən çox şəxs müraciət etdi
142-Çağrı Mərkəzinə 12 mindən çox müraciət daxil olub
Nazirliyin çağrı mərkəzinə 11074 şəxs müraciət edib
Azərbaycanda koronavirusla bağlı yeni çağrı mərkəzi fəaliyyətə başladı
Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi istifadəyə verildi
Baş Prokurorluqdan vətəndaşlara MÜRACİƏT - Bu nömrəyə ZƏNG EDİN!
Vahid Səhiyyə Çağrı Mərkəzi yaradılacaq
ASAN mərkəzləri xüsusi rejimdə işləyəcək
Ərzaqla bağlı əhaliyə MÜHÜM ÇAĞIRIŞ
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 