Əmlak Məsələləri Dövlət Komitəsi göstərilən xidmətlərdə şəffaflığı və yüksək keyfiyyəti təmin etmək məqsədilə vətəndaşların təklif və müraciətlərinə hər zaman diqqətlə yanaşır. Fəaliyyət üzrə yaranan hər bir sualın çevik cavablandırılması, müraciətlərin araşdırılması və həlli ilə bağlı komitənin 193 saylı Çağrı Mərkəzi və onlayn müraciət resursları fəaliyyət göstərir.
Komitədən ONN media -ya verilən məlumata görə, cari ilin ilk 6 ayında komitənin məlumat-sorğu resurslarına ümumilikdə 16 mindən çox müraciət ünvanlanıb. Müraciətlərin 12 mindən çoxu Çağrı Mərkəzi, 4 minə yaxını isə Komitənin saytı və Özəlləşdirmə portalındakı məsləhət pəncərələri, eləcə də sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə cavablandırılıb.
Müvafiq dövr ərzində Çağrı Mərkəzinə 11 min 700-ə yaxın sorğu tipli, 500-ə yaxın araşdırılması tələb olunan müraciət daxil olub. Sorğuların mövzuları əsasən, ərizə və məktubların icrası, daşınmaz dövlət əmlaklarının özəlləşdirilməsi, əmlakların dövlət qeydiyyatına alınması, elektron xidmətlər və digər məsələlərlə bağlıdır.
Çağrı Mərkəzinə edilən müraciətlərin regionlar üzrə statistikasına baxdıqda 9 min 800-ə yaxın müraciət Bakı şəhərindən, 2 min 300-ə yaxın müraciət isə regionlardan ünvanlanıb. Bütün məlumat resursları ilə daxil olan hər bir müraciət qanunvericiliyə uyğun formada cavablandırılıb və ya həlli üçün struktur bölmələrə yönləndirilib.
Qeyd edək ki, 193 Çağrı mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri saat 9.00-dan 18.00-dək, səsli menyu rejimi isə iş vaxtından sonra, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.
Komitəyə 16 mindən çox şəxs müraciət etdi



142-Çağrı Mərkəzinə 12 mindən çox müraciət daxil olub
İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 6 mindən çox müraciət daxil olub
Bu Çağrı Mərkəzinə 5 mindən çox müraciət olub
Nazirliyin 195-2 Çağrı Mərkəzinə 1800-dək müraciət olub
Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi istifadəyə verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən YENİLİK
Müdafiə Nazirliyinin “Qaynar xətt”inə nə qədər müraciət olub?
Nazirliyin çağrı mərkəzinə 11074 şəxs müraciət edib
195-2 Çağrı Mərkəzinə 80 min müraciət olub
Problemli krediti olanlar mütləq oxuyun
Azərbaycanda koronavirusla bağlı yeni çağrı mərkəzi fəaliyyətə başladı
İş adamlarının - NƏZƏRİNƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 