Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma-durma, parklanma qaydalarını pozan şəxsləri inzibati məsuliyyətə cəlb edəcək, təxliyə xidməti həyata keçirəcək.
ONN media xəbər verir ki, bu sözləri BNA-nın İdarə Heyəti sədrinin müavini Fərid Nuriyev deyib.
O qeyd edib ki, Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhərində parklanma yerləri artıq müəyyənləşdirilib.
F.Nuriyev bildirib ki, dayanma-durmanın qadağan olunduğu yerdə kameralar quraşdırılacaq:
“Dayanma-durma qaydalarını pozan sürücülər kameralar vasitəsilə aşkar edilərək cərimələr tətbiq olunacaq. Şəhərin mərkəzində olan sürücülərdən "Qış parkı" və Hökumət Evinin altında olan yeraltı dayanacaqdan istifadə edilməsi xahiş olunacaq”.
Sədr müavini onu da bildirib ki, paytaxtda olan işıqforlar artıq BNA-nın balansına keçib:
“Bakıda 300-dən artıq svetofor mövcuddur və bu günədək həmin işıqforların bir qismi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində idi. Bir müddətdir ki, müvafiq qurumla təhvil-təslim işlərini yekunlaşdırmışıq və bütün işıqforlar artıq Agentliyin tərkibindədir”.



Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olundu
Bu sürücülərlə bağlı inzibati protokollar tərtib olundu
Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq
BNA-dan sürücülərə XƏBƏRDARLIQ
Sürücülərin NƏZƏRİNƏ- Bu gündən...
NİİM bu sürücülərə xəbərdarlıq etdi
BNA evakuatorları işə salır – Qayda pozanlar təxliyə olunacaq
Dövlət Yol Polisi sürücülərə müraciət etdi
Paytaxda metroların ətrafında reydlər başlayıb - CƏRİMƏ YAZILIR
BNA cərimələri bərpa edir: mayın 1-dən...
Sürücülərə bəd xəbər
Qax polisi qaydaları pozan 15 sürücünü cərimələdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 