Bakının Badamdar qəsəbəsində sürüşmə baş verən ərazinin yuxarı hissəsində yerləşən 11 evin sökülməsi vacibdir.
ONN media Trend-ə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.
Baş nazirin müavininin sözlərinə görə, ərazidə araşdırma aparmaq məqsədilə Bakıya gələn yaponiyalı mütəxəssislər bu qənaətə gəliblər:
"Yapon mütəxəssislər əraziyə baxış keçirəndən sonra bu qənaətə gəlib. Çünki evlər sökülməlidir ki, ağırlıq müəyyən qədər azalsın. Həmin evlərin hamısı köçürülməlidir, amma indiki mərhələdə yox. Sürüşmədə gərginlik azalandan sonra həmin evlərin köçürülməsinə başlana bilər. İndiki vaxtda ora hər hansı bir müdaxilə qəbuledilməzdir. Biz gözləməliyik ki, gərginlik müəyyən qədər azalsın".
H.Abutalıbov bildirib ki, hazırda ərazidə gərginlik davam edir: "Sürüşmədə hərəkət var. Həmin 11 evin divarlarında 1 saat əvvəl çatlar əmələ gəlib. Yəni hər saat dəyişiklik var. Yapon mütəxəssislər məsləhət bilir ki, bu sahə mütləq geniş öyrənilməlidir. Yəni həmin sürüşmə baş verən 200 metrdən 500 metrə qədər ərazi geniş öyrəniləndən sonra hansısa bir nəticəyə gəlmək olar. Biz ilkin olaraq belə qənaətə gəldik ki, bütün quyuların suları mütləq analiz edilsin. Bunun üçün Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə, "Azərsu" ASC-yə göstəriş vermişik. Analizlər sabaha qədər hazır olacaq və yapon mütəxəssislərə təqdim olunacaq".



Hacıbala Abutalıbov: “Biz o evləri sökəcəyik, görəcəksiniz"
Hacıbala Abutalıbov bu işləri görəcək
Hacıbala Abutalıbov Bakını birdəfəlik TƏRK ETDİ
Abutalıbov: "Əgər evlər sökülsə..."
Prezident Hacıbala Abutalıbovu işdən çıxardı
Hacıbala Abutalıbovla Əli Həsənov təqaüdə göndərildi, Oqtay Şirəliyevsə…
SOS- Bakı çökə bilər
Hacıbala Abutalıbovdan təqdirəlaiq ADDIM
Abutalıbovun 31 ildir işlədiyi ikinci vəzifəsi üzə çıxdı
Hacıbala Abutalıbov nə işlə məşğul olacaq? – İlk dəfə açıqladı
Villa sahibləri Badamdarı TƏRK EDİR
Hacıbala Abutalıbovun ailəsində AĞIR İTKİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 