2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) sürüşmə davam edir, xırda uçqunlar başlayıb.
ONN media Modern.az-a istinadla xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
O qeyd edib ki, hər 4 saatdan bir ərazidə monitorinq aparılır: "Dinamikanı nəzarətdə saxlamaq üçün ərazinin üst hissəsindəki evlərin hasarlarına qoyulan gips mayaklarda dəyişiklik, gərginlik hiss olunmur”.
Ə.Qaralovun sözlərinə görə, ərazidəki 8 fərdi evdə yaşayanlar oradan köçürülüb: "Həyətlərdə gözətçilər evləri qoruyur. Həyətlərinə girmək mümkün olan evlərə baxış keçirdik, ciddi dəyişiklik olmasa da, gərginlik qalır. Ərazi aktiv fazadadır”.
Nazirlik rəsmisi qeyd edib ki, yağıntı baş verərsə, ciddi problem yarana bilər: "Əsas insan amilidir, amma yağıntı olarsa, təhlükənin miqyası arta bilər”.
Qeyd edək ki, əraziyə yaxın obyeklərini fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.
Səbail Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, həmin evlərin 8-idə villadır: "Ərazidə 11 fərdi ev olsa da, 8-də yaşayış vardı. Ailələr müvəqqəti olaraq, digər ərazilərdə yerləşən evlərinə köçüblər. Evlərini isə gözətçiləri qoruyur”.



Sürüşmə zonasında son vəziyyət açıqlandı
Bayıl yamacında daha bir sürüşmə
Bayıldakı son vəziyyət AÇIQLANDI
"Teleqüllə" ətrafında son vəziyyət necədir?
Sürüşmə yenidən aktivləşib
Zəlzələ sürüşmə zonalarına təsir edib?- AÇIQLAMA
Teleqüllənin uçması gözlənilirmi? — AÇIQLAMA
Bayılda yenə sürüşmə oldu
Bakı və Abşeron üçün TƏHLÜKƏ
Nazirlikdən AÇIQLAMA: Sürüşmə sahələrində aktivlik var
Bayıl yamacında çökmə prosesi gedir
Bakının sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 