ONN İnformasiya Agentliyi

Kirayə mənzilləri necə satın almaq olar?

Kirayə mənzilləri necə satın almaq olar?
06 Dekabr 2019 - 11:04

Yerli icra hakimiyyəti orqanları sosial mənzil təklif edən zaman ailədə adambaşına 16 kvadratmetrdən mənzil sahəsi hesablamalıdır.

ONN media xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov Nazirlər Kabinetinin sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi ilə bağlı qərarından danışarkən deyib.

V.Bayramov bildirib ki, burada söhbət satın almaq məqsədi ilə kirayə mənzil fondundan deyil, sosial kirayə əsasında yaşayış sahəsi təklifindən gedir:

“Nazirlər Kabinetinin qərarı ilə sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondu yaşayış sahələri üzrə normanı beynəlxalq standartlara uyğun olaraq, 16 kvadratmetr müəyyən edib. Bu o deməkdir ki, yerli icra hakimiyyəti orqanları sosial mənzil təklif edən zaman ailədə adambaşına 16 kvadratmetrdən mənzil sahəsi hesablamalıdır. Əgər hər hansı vətəndaşımızın bu növ sosial mənzillərə ehtiyacı varsa, o zaman yerli icra hakimiyyəti orqanlarında uçota alınmaq üçün müraciət edə bilər. Sosial kirayə müqaviləsi müddətsiz olur və növbəlilik prinsipi əsasında aparılır”.

İqtisadçı bildirib ki, satın almaq məqsədi ilə kirayə evlər maksimum 25 il müddətinə təklif olunur:

“Həmçinin, müqavilə öhdəlikləri bitdikdən sonra mənzil kirayəçinin mülkiyyətinə verilir. Satın almaq məqsədi ilə kirayə mənzillərin bu ayın sonlarında satışa çıxarılması gözlənilir. Vətəndaşlar elektron ipoteka portalı və ya ASAN Xidmət vasitəsi ilə müraciət edə biləcəklər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png