Təhsil Nazirliyinin SABAH qruplarında 2017-2018-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədris etmək üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu üzrə müsabiqə başa çatıb.
Nazirlikdən ONN media-ya verilən məlumata görə, əvvəlki illərdən fərqli olaraq bu tədris ilində müsabiqəyə ali təhsil müəssisələrinin müəllimləri, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanlar və sənaye şirkətlərinin mütəxəssisləri cəlb edilib. Mütəxəssislərin tədrisə cəlbi məqsədi ilə müvafiq qurumlara müraciətlər olunub.
Müsabiqəyə 500-dən artıq namizəd müraciət edib və onlardan 200 nəfəri 2-ci mərhələdə iştirak etmək hüququ qazanıb. Seçim zamanı müvafiq sahə üzrə ali təhsil müəssisəsində tədris təcrübəsi olan, fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcələrinə malik və xaricdə ali təhsil almış namizədlərə üstünlük veriləcək. Yekun nəticələr yaxın günlərdə məlum olacaq.
SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə yaradılmış savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır.
SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir, tələbələrə 400-dən artıq professor-müəllim heyəti dərs deyir.
2017-ci ildə SABAH qruplarının ilk məzun buraxılışı olub.



Şuşanın təhsil statistikası AÇIQLANDI
SABAH qruplarına müəllim axtarılır
Bu gün neçə tələbə dərsə başlayıb?
Xaricdə təhsil alanların sayı niyə azalıb?- ÖZƏL
Xaricdə təhsillə bağlı YENİLİK
Müəllimlərin işə qəbulunda tətbiq olunacaq yeniliklər AÇIQLANDI
Bu gün məktəblərdə "Son zəng" çalınır
Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin SİYAHISI
Təhsil Nazirliyi valideynlərə müraciət etdi
Xaricdə təhsil almaq istəyənlərə ŞAD XƏBƏR
Sabah 102120 nəfər üçün "Son Zəng" çalınacaq
Ali təhsil müəssisələrində tədris ili uzadılacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 