Mərkəzi Bankın məlumatına görə, 14 milyard 246 milyon manatlıq kredit portfelinin 11 milyard 360 milyon manatı Bakının payına düşür. Abşeron iqtisadi rayonunun 489 milyon 530 min manatlıq kredit portfelinə sahib olduğunu nəzərə aldıqda, o zaman kredit qoyuluşlarının cəmi 17 faizinin regionların payına düşdüyü bəlli olur. ONN media xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib. Millət vəkili bildirib ki, rəsmi statistikaya görə, hər 100 manatlıq kreditin cəmi 17 manatı regionların payına düşür: "Və ya banklar hər 100 manatlıq kreditin 80 manatını Bakı şəhərinə ayırırlar. Bankların regionlara daha az kredit ayırmalarının əsas səbəblərindən biri də rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olmasıdır. Belə ki, banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edirlər ki, əksər yerli sahibkarların bu imkanları olmur". V.Bayramovun sözlərinə görə, bu baxımdan girov mexanizminin təkmilləşdirilməsi və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditlərin həcminin artırılması vacibdir: "İnklüziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması vacib şərtlərdəndir".
Banklar regionlara niyə az kredit ayırır? - Deputat səbəbləri AÇIQLADI



Deputatdan regionlarla bağlı VACİB TƏKLİF
Banklar 11 milyard manatdan çox kredit verib
Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb
Azərbaycanda kredit faizlərini endirməklə bağlı TƏKLİF
Kredit borcu olanların NƏZƏRİNƏ!
Əhalinin banklarda 8 milyard manatdan çox pulu var
Problemli kreditlərin həcmi artıb - Deputat bankları TƏNQİD ETDİ
Əhalinin banklarda nə qədər pulu var?
Banklar vətəndaşlara niyə yalançı SMS-lər göndərir?
Banklara 816 milyon manatlıq kredit geri qaytarılmayıb
Banklar kredit verməyi niyə dayandırıb? - RƏSMİ AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 