Dövlət İmtahan Mərkəzi (DİM) imtahan iştirakçılarını qaydalarla bağlı diqqətli olmağa çağırıb.
ONN media DİM-ə istinadən xəbər verir ki, imtahanlarda əsasən mobil telefonla binaya daxil olmağa cəhd, müxtəlif əyani vəsaitlərdən istifadə, öz yerinə başqasını göndərmək, köçürməyə cəhd və digər hallara rast gəlinir.
Qeyd olunub ki, istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları DİM əməkdaşları, zərurət olduqda isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır:
"Bəzi qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Xatırlayırsınızsa, bir neçə il bundan öncə saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmə faktları aşkar olunub və cinayət işi başlanılaraq həmin şəxslər barədə müvafiq qərarlar qəbul olunub. Bu yaxınlarda isə ötən il keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında baş verən qayda pozuntuları ilə bağlı Dövlət İmtahan Mərkəzinin hüquq mühafizə orqanlarına müraciəti əsasında başlanılan cinayət işinə lazımi hüquqi qiymət verilib.
Belə ki, 2023-cü ilin iyul ayında keçirilən qəbul imtahanlarında bir imtahan iştirakçısında binanın girişində yoxlama zamanı komplekt halda xüsusi ötürücü qurğu (“Mifi” aparatı, mikroqulaqlıq, telefon, kamera və s.) aşkar olunub. Abituriyent imtahandan kənarlaşdırılandan sonra həmin qurğular hüquq mühafizə orqanlarına təqdim olunub və aparılan araşdırmalar nəticəsində həmin cihazların satışını təşkil edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Onun müxtəlif sosial şəbəkə hesablarında imtahanlarda istifadə etmək üçün satışı qadağan olunmuş mikroqulaqlıqlarla bağlı iştirakçılara çoxsaylı müraciətlər etdiyi müəyyən olunub. Həmin şəxs artıq cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb olunub və məhkəmənin hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib".
Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək tələb olunan imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən xahiş edirik ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ciddi tədbirlərin görülməsi davam etdiriləcək.



DİM: İmtahan iştirakçısı mobil telefonunu ayaqqabısının altında gizlətməyə cəhd göstərib
Taksi sürücülərinin imtahanında nələr baş verdi?
Başqasının yerinə imtahan vermək istədi, tutuldu
Nəzarətçi imtahandan qovuldu- Səbəb isə...
DİM növbəti imtahanları keçirdi
Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ
DİM abiturientlərə müraciət etdi
Dövlət qulluğuna imtahanlar keçirildi
DİM açıqladı: İmtahanların saatı dəyişdirildi
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb
Dövlət qulluğuna qəbul imtahanında 1753 namizəd qeydiyyatdan keçib
DİM-dən imtahanlarda iştirak edəcək abituriyentlərə MÜRACİƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 