Müəllimlərin maaşı ilə bağlı suallar yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə digər sahələrdə çalışanlardan fərqli olaraq müəllimlərin niyə diqqətdən kənarda qalmasının səbəbləri soruşulur. Belə sorğular getdikcə kütləviləşir. Görünən odur ki, müəllimlər də 2025-ci ildə maaşların artırılmasını istəyirlər.
Bəs bu il müəllimlərin maaşlarının artırılması gözlənilirmi, bu məsələ necə tənzimlənə bilər?
Məsələ ilə bağlı danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, maaşların artırılması sadə məsələ deyil:
"Bu mövzudan danışarkən onu nəzərə almalıyıq ki, maaşların artırılması sadə məsələ deyil. Azərbaycan davamlı olaraq bu istiqamətdə addımlar atır. Məsələ əhalininin rifahının yaxşılaşdırılmasından gedir. Prezidentin dünənki sərəncamı ibir sıra strukturlarda maaşlar artırıldı. Məsələyə geniş rakursdan baxsaq, nəzərə almalıyıq ki, bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, hərbi sahədə yeni silahlar, texnika alınır. Bütün bunların fonunda Azərbaycan dövləti digər addımlar da atır. Biz minimum əməkhaqqının, minimum pensiyanın, minimum yaşayış həddinin artdığını gördük. Maaşlar da artırılır".
Deputat vurğulayıb ki, müəllimlərin də maaşının artırılması gündəmdədir:
"Müəllimlərin sertifikasiyası bu məsələyə mərhələli şəkildə baxılması üçün düşünülüb. Dövlətimiz təhsil işçilərinə, müəllimlərə diqqətlə yanaşır. Mərhələli şəkildə bütün sahədə çalışan insanların maaşlarına baxılacaq. Parlamentdə də büdcə müzakirələri zamanı bu məsələyə toxunulmuşdu. Biz əvvəlki illərə baxanda müəllimlərin maaşında xeyli dəyişiklikləri görə bilirik. Hətta məktəb direktorlarına və onların müavinlərinə əlavə vəsaitlərin verilməsi məsələsinə baxılıb. Elm və Təhsil Nazirliyinin də təklifləri müzakirə olunur. Müəllimlərin maaşı məsələsinə də mərhələli şəkildə baxılacaq. Burada söhbət yüz minlərlə müəllimdən gedir. Bu məsələ sadə deyil, ciddi şəkildə araşdırılıb, təhlil olunmalı və müvafiq qərar verilməli, müəyyən addımlar atılmalıdır. Müəllimlərimiz bu məsələnin dövlətin diqqət mərkəzində olduğunu bilməlidirlər. Müdafiə qabiliyyətimiz artırılır, Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Bunların hamısını dövlət mərhələli şəkildə həyata keçirilir. Önümüzdəki günlərdə müəllimlərlə bağlı müəyyən addımların atılacağını görəcəyik".



Müəllimlərin və həkimlərin pensiya yaşı dəyişdirilir?
Müəllimlər üçün vahid geyim forması tətbiq oluna bilər?
Müəllimlərin maaşı 20 faiz artırıldı - Hesabat
Maaşlar bu tarixdə artırılacaq
Müəllimlərin NƏZƏRİNƏ- ƏMƏK HAQQI...
Bu müəllimlərin maaşı artırıldı
Təxirə salınan dərs günləri üzrə müəllimlərin maaşı ödəniləcək?
Təxirə salınan dərs günləri üzrə müəllimlərin maaşı ödəniləcək? - AÇIQLAMA
O müəllimlərin MAAŞI ARTDI
Səfərbərliyə cəlb edilən müəllimləri onlar əvəz edəcək
Maaş artımı bahalaşmaya səbəb ola bilər? – Deputat
Müəllimlər niyə vaksinasiya edilmir? - AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 