Uşaqların birinci sinfə qəbulu prosesində Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən və sıxlıq müşahidə edilən bir sıra ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ (prioritet) tətbiq olunub.
ONN media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, uşağın ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşaması, bacı və ya qardaşlarından birinin həmin məktəbdə təhsil alması və valideynlərindən birinin orada işləməsi meyarları nəzərə alınacaq.
Qeyd edilib ki, ötən il üstünlük hüququ tətbiq edilən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edildi. Bu il isə Sumqayıt şəhəri üzrə də prioritet tətbiq edilən ümumi təhsil müəssisələrinin mikroəraziləri ictimaiyyətə elan ediləcək.
Vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 3-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı "ASAN xidmət" mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər.



Övladı birinci sinifə gedəcək şəxslərin NƏZƏRİNƏ
Bu gündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlanır
6 yaşı tamam olmayan uşaqların I sinfə qəbul qaydası açıqlanıb
Birinci sinfə qəbul onlayn aparılacaq
Vaildeynlərin NƏZƏRİNƏ!
Övladı birinci sinifə gedəcək valideynlərin NƏZƏRİNƏ
I siniflərə qəbul: Bu məktəblərdə boş yer var!
Bu gündən birinci sinfə qeydiyyat başlanılır
Sumqayıtda məktəbi bit-birə basıb?
DİQQƏT- Bu valideynlərə çağırış edildi
I siniflərə sənəd qəbulu başladı
DİQQƏT- Şagird yerdəyişməsi dayandırılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 