Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanıb.
Bildirilib ki, ərizə qəbulunun birinci mərhələsi 2025-ci il fevralın 20-dən martın 5‑dək həyata keçirilir. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu
11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2025-ci il fevralın 20-dən martın 5-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının geniş mətni ilə buradan tanış ola bilərsiniz.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, qəbul kampaniyasının bütün mərhələlərində Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya,Texniki, Memarlıq və İnşaat, Bakı Mühəndislik Universitetlərində, Sumqayıt Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrində abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri və s. məsələlər haqqında kömək etmək məqsədilə yaradılan və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.



Kolleclərə sənəd qəbulu davam edir
Abituriyentlərin DİQQƏTİNƏ
Kolleclərə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ!
DİM abituriyentlərə müraciət etdi
DİQQƏT- Nəticələr açıqlandı
Daha 981 nəfər tələbə olma sevincini yaşadı
Abituriyentlərin DİQQƏTİNƏ-Qeydiyyat başladı
DİQQƏT- İmtahanların vaxtı açıqlandı
DİM abituriyentlərinə müraciət etdi
Ali məktəblərə ərizə qəbulu başa çatdı
Əvvəlki illərin məzunları üçün imtahan nə vaxt keçiriləcək?
DİQQƏT- Boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 