Təhsil sahəsində olan problemlər onu göstərir ki, bu sahəyə aid olmayan insanların funksional vəzifələrə gətirilməsi ciddi fəsadlara yol açır.
Bu sözləri açıqlamasında təhsil eksperti Elşən Qafarov məktəblərdə dərs yükünün ağır olması ilə bağlı şərh verərkən deyib.
“Məktəblərdə şagirdlərin yaş dövrünə uyğun olaraq verilən dərs yükü ağırdır. Xüsusilə ibtidai siniflərdə xarici dil və informatika fənlərinin salınmasının hansı məqsəd daşıdığını biz mütəxəssislər də müəyyən edə bilmirik.
Tədris planı daha çox ağır və yorucu yox, motivasiyaedici olmalıdır. Həmçinin dərs miqdarının çox olması bilik və bacarıqların daha çox əldə ediləcəyi mənasına gəlmir. Dərs yükünün çox olması şagird, müəllim və valideynlər arasında dərslərin birinci, ikinci və üçüncü dərəcəli kateqoriyalara bölünməsinə gətirib çıxarır ki, bu da düzgün yanaşma deyil. Ümumiyyətlə, ümumitəhsil məktəblərində tədris planı ilə bağlı ciddi islahatlara ehtiyac var.
Ən böyük problem isə odur ki, 29 sentyabr 2020-ci il tarixində Nazirlər Kabinetinin “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında qərarı çıxmışdı, amma dövlət standartlarına uyğun olaraq təhsil proqramlarının hamısı tam təsdiq olunmayıb. Yəni bu dərsliklərin və fənlərin nəyin əsasında həyata keçirildiyi sual yaradır”, - o bildirib.
Ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyinin fəaliyyəti yalnız imtahan, təlim və layihələrin həyata keçirilməsi ilə bağlıdır:
“Təhsilin məzmunu və təhsil müəssisələrinin tərbiyə prosesi kənarda qalıb.
Qeyd edim ki, bu gün yalançı təlimçilər ordusu yaranıb. Həmin təlimçilərin öndə olması isə çox ciddi fəsadlara gətirib çıxarır. Ona görə də təhsil sahəsində ciddi addımlar atılmalıdır”



Bəzi məktəblərdə dərslər niyə altıgünlükdür?
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqləndi
Məktəblərdə qış tətilinin VAXTI MƏLUM OLDU
Siniflərin yarımqruplara bölünməsi müəllimlərin maaşına təsir göstərəcək?
Təhsil Nazirliyindən dərslərlə bağlı açıqlama
Ali məktəblərdə yenilik
Sentyabrın 17-də məktəblərdə “Bilik günü” qeyd edilməyəcək?
Növbəti tədris ili üçün tətil günləri AÇIQLANDI
Təhsil müəssisələrinin açılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dərsliklər yığılıb, "tədris" isə davam edir - Məktəblərlə bağlı daha bir anormallıq
“Bir sinifdə 30-40 şagird...” - Artıq sıxlıq yaşanmayacaq YENİ QƏRARLA YENİ SİNİFLƏR FORMALAŞIR
Ceyhun Bayramov yeni dərs ili ilə bağlı ƏMR İMZALADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 