İyunun 20-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 3 338 müəllim iştirak edib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 1 328 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb, 2 006 müəllim isə müvafiq keçid balını toplaya bilməyib.
Eyni zamanda imtahanda iştirak etməyən 334 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub. Təkrar sertifikatlaşdırma prosesində iştirak edən 4 nəfərin nəticələri imtahan qaydalarını pozduğu üçün ləğv olunub.
Xatırladaq ki, cari ilin əvvəlindən ötən il sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərə ehtiyaclarına uyğun olaraq Təhsil İnstitutu tərəfindən təlimlər, müxtəlif vebinar və sınaq imtahanları təşkil olunub.
Təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 20-23 iyun tarixlərində apellyasiya müraciətləri qəbul edilib. Apellyasiyaya daxil olan müraciətlər müvafiq qaydada araşdırılıb. Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı səhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyən edilməyib.
Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdə iştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilib



Növbəti sertfikasiya imtahanı nə vaxt keçiriləcək?
Müəllimlərin sertifikatlaşdırma imtahanları başladı
Bu müəllimlər imtahanda yüksək nəticə topladı
Ötən gün sertifikatlaşdırma imtahanında 38 müəllim maksimum bal toplayıb
Sertfikasiyadan keçən müəllimlərə əlavələr nə vaxt veriləcək?
Sabah 28 min müəllim sertifikasiya imtahanı verəcək
Müəllimlərin DİQQƏTİNƏ: Növbəti imtahan bu tarixdə olacaq
Müəllimlərin işə qəbulu qaydalarına DƏYİŞİKLİK EDİLİR - FOTO
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb
Müəllimlərin işə qəbulu imtahanları başlayır
Müəllimlərin sertfikasiya imtahanının test mərhələsi keçirilir
"Whatsapp"da yayılan səsyazısı ilə bağlı açıqlama
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 