DİM-dən bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 22237 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 246 nəfər (o cümlədən 126 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 15662 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.66% dolub. Cəmi 212 yer (1.34%) boş qalıb.
Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:
| Qəbul planı | Qəbul olunub | Qəbulolma faizi | Vakant yerlərin sayı (faizi) | |||
| Azərbaycan bölməsi | Rus bölməsi | Bölmələr üzrə cəmi | ||||
| Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar | 14928 | 14339 | 588 | 14927 | 99.99 | 1 (0.01) |
| Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar | 931 | 683 | 37 | 720 | 77.34 | 211 (22.66) |
| Cəmi | 15874 | 15037 | 625 | 15662 | 98.66 | 212 (1.34) |
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 9 – 15 sentyabr (saat 18:00-dək), orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9 – 17 sentyabr (saat 18:00-dək) 2025‑ci il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcəkdir.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək



DİQQƏT- Nəticələr açıqlandı
Daha 981 nəfər tələbə olma sevincini yaşadı
DİQQƏT- Boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
Diqqət- Nəticələr açıqlandı
Diqqət- Nəticələr açıqlandı
DİQQƏT- Nəticələr elan olundu
Abituriyentlərin DİQQƏTİNƏ: müddət uzadıldı
Kolleclərə qəbul üçün ixtisas seçiminin müddəti uzadıldı
Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
Kolleclərin boş qalan yerlərinə qəbul elan olundu
DİM-dən abituriyentlərə müraciət
Ali məktəblərə daxil ola bilməyənlərin DİQQƏTİNƏ: sentyabrın 6-dan...
Əli Əsədov yeni qərar imzaladı
Azərbaycanda güclü zəlzələ: Dağıntı var?
Hadrut və Qırmızı Bazara növbəti köç oldu
Azərbaycanda güclü zəlzələ oldu
Kənan Doğulu və Beren Saat sərbəst buraxıldı
DÇ-2026: Futbol həyəcanı ölümə səbəb oldu
Temperatur 35 dərəcəyə yüksələcək
Böyük yazıçı İsa Muğannanın doğumundan 98 il ötür
Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
İlham Əliyev Putini təbrik etdi
Saqqızda 21 yaşlı gənc minaya düşdü
DYP məzunlara və valideynlərə müraciət etdi
Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
Səhər acqarına sarımsaq udmaq nəyə xeyirdir?
Pensiyaçılara şad xəbər 