Azərbaycanlı gənclərin xaricdə təhsil üçün əsas istiqamətləri arasında Türkiyə ilk sırada yer alır.
Təhsil eksperti Rizvan Fikrətoğlu açıqlamasında bildirib ki, 2024–2025-ci illər ərzində dövlət proqramı çərçivəsində 478 nəfər tələbə Türkiyəyə göndərilib.
Ekspertin sözlərinə görə, dövlət xətti ilə təhsil alan tələbələrin seçdiyi ikinci ölkə Macarıstandır. Hazırda bu ölkədə 321 nəfər azərbaycanlı tələbə dövlət hesabına təhsil alır. Siyahıda növbəti yerdə isə Rusiya qərarlaşıb. 2024–2025-ci illərdə Rusiyada 198 nəfər azərbaycanlı tələbə təhsil almaq hüququ əldə edib.
Rizvan Fikrətoğlu qeyd edib ki, son dövrlər Çinə maraq artsa da, bu istiqamət hələlik Türkiyə və Macarıstanla müqayisədə daha az tələbə cəlb edir:
"Xüsusən viza məsələlərinin sadələşdirilməsi Çinə diqqəti artırır. Amma tələbələrin böyük əksəriyyəti daha çox Türkiyə, Macarıstan və Avropa ölkələrini seçir. Ukraynaya isə əvvəllər kifayət qədər tələbə gedirdisə, müharibə səbəbindən bu göstərici kəskin azalıb".
Ekspert vurğulayıb ki, Avropa ölkələrinə üz tutanların çoxu magistr təhsili üçün bu istiqaməti seçir. Burada əsas səbəblərdən biri həmin ölkələrin universitet diplomlarının beynəlxalq tanınması, digər səbəb isə tələbələrin yaxınlarının həmin ölkələrdə yaşamasıdır.
"Avropada təhsil alan tələbələr həm təhsilin keyfiyyətinə, həm də gələcəkdə diplomlarının iş bazarında rəqabət üstünlüyü yaratmasına görə bu istiqaməti üstün tuturlar. Bu gün valideynlər də övladlarının daha çox beynəlxalq mühitdə formalaşmasını, bir neçə dil bilməsini və geniş imkanlara sahib olmasını istəyirlər", – deyə ekspert əlavə edib.
Onun fikrincə, Azərbaycanlı tələbələrin xaricdə təhsil istiqamətləri hər il dəyişsə də, Türkiyə həm dil, həm mədəniyyət yaxınlığı, həm də münasib təhsil xərclərinə görə hələ uzun müddət ən populyar ölkə olaraq qalacaq.
Azərbaycanlı tələbələrin ən çox üz tutduğu ÖLKƏLƏR HANSILARDIR? - SƏBƏB



Xaricdə təhsil alanların sayı niyə azalıb?- ÖZƏL
Azərbaycanda təqaüd alan tələbələrin sayı açıqlandı
Təhsil krediti verilən tələbələrin SAYI
110 min tələbənin təqaüdü 20 faiz artırılıb – Nazir
Nazir müavinindən Təhsil Tələbə Krediti ilə bağlı mühüm açıqlama
1481 nəfər ödənişsiz təhsil alacaq
Tədris dövlət hesabına aparılarsa... - Nazir
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
Təhsil naziri tələbələri TƏBRİK ETDİ
Tələbə krediti almaq istəyənlərin nəzərinə!
"Azərbaycanda təhsil alan xarici tələbələrin sayını daha da artıracaq"- Nazir
Bu universitetlər Bakıdan köçürülə bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 