Gələn ildən buraxılış imtahanında xarici dil fənni üzrə müəyyən dəyişikliklər nəzərdə tutulur.
ONN media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Məlumata görə, 2027-ci ildən etibarən tam (11 illik) orta təhsil səviyyəsində təhsilalanların yekun attestasiyası zamanı xarici dil fənləri üzrə istifadə olunacaq imtahan modeli müzakirəsi ilə bağlı seminarda bildirilib ki, mərhələli yanaşmanın davamı olaraq 2027-ci ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında həmin şagirdlərin xarici dil biliyinin dinləmə bacarığı üzrə bir mətn və mətnə əsasən 4 qapalı tipli test tapşırığı, oxu bacarığı üzrə iki oxu mətni və hər mətnə aid 4 qapalı tipli test tapşırığı, leksik-qrammatik biliyin ölçülməsi üzrə 13 qapalı tipli test tapşırığı vasitəsilə, yazı bacarığının yoxlanılması isə verilən mövzu və ya sual əsasında ən az 100 söz həcmində bir abzasdan ibarət yazı yazmaq tələb edən modelə əsasən qiymətləndirilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir. Yazı tapşırığı iştirakçıların strukturlaşdırılmış yazı bacarığını ölçməyə yönəlib və şagirdlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmə qabiliyyətini ön plana çıxarır. Nəzərdə tutulan yeni imtahan modeli nümunəsi ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, bu imtahan modelinə uyğun olaraq Elm və Təhsil Nazirliyinin (ETN) dəstəyi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ildə Bakı və Sumqayıt şəhərlərinin bəzi məktəblərində pilot imtahanlar keçirilib.
Məlumat üçün bildiririk ki, buraxılış imtahanlarında xarici dil fənləri üzrə qiymətləndirmə modeli mərhələli şəkildə yenilənir və ictimaiyyətə öncədən məlumat verilir. Bu istiqamətdə artıq 2025-ci ildə ilk dəfə olaraq 9-cu sinif buraxılış imtahanında şagirdlər yazı bölməsində şəkillər əsasında hekayə yazmaq tapşırığını yerinə yetiriblər. Sözügedən tapşırıq şagirdlərin təkcə dil biliklərini deyil, həmçinin mətn qurmaq, ideyanı inkişaf etdirmək və yaradıcı düşünmə bacarıqlarını qiymətləndirməyə imkan verir.
Xatırladaq ki, bu imtahan modelinə uyğun tapşırıq nümunələri və öyrədici materiallar artıq Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş və istifadə olunan xarici dil fənni üzrə dərsliklərdə geniş şəkildə təqdim olunub. Bundan əlavə, tətbiq olunacaq imtahan modelinə uyğun müxtəlif tapşırıq nümunələri DİM-in siniflər üzrə nəşr etdiyi “Qiymətləndirmə tapşırıqları” kitabında, test toplularında da veriləcək.



İmtahanın doğru cavabları açıqlandı
Qəbul imtahanının modeli çap olunacaq
DİQQƏT- Qəbul imtahanları ilə bağlı dəyişiklik edildi
Buraxılış imtahanı ilə bağlı YENİLİ
IX siniflər üzrə buraxılış imtahanlarının qaydaları açıqlandı
Buraxılış imtahanlarının nəticəsi BU TARİXDƏ açıqlanacaq - DİM
Gələn il keçiriləcək buraxılış imtahanlarının tarixləri
Ali məktəblərə qəbul üzrə ballar BELƏ HESABLANACAQ - CƏDVƏL/RƏSMİ
Sınaq imtahanları keçirildi
Magistraturaya növbəti imtahan keçiriləcək
Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ
DİM sınaq imtahanı keçirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 