2023-cü ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı ötənilki imtahan modeli əsasında keçiriləcək.
Bu barədə ONN media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, DİM 2023-cü ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanında xarici dil fənlərindən istifadəsi planlaşdırılan yeni imtahan modelinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə birlikdə müzakirəsi aparılıb.
Modelin strukturunun fənn kurikulumunun müəyyən etdiyi məzmun xətlərinə aid alt standartlarının tələblərinə uyğun olması qeyd olunmuş, bilik və bacarıqların qiymətləndirilməsində yeni yanaşma kimi onun tətbiqi məqsədə müvafiq hesab edilib. Müzakirə nəticəsində yeni imtahan modelinin ümumtəhsil müəssisələrində aprobasiyadan keçirilməsi, ictimaiyyətə təqdim edilməsi, onlayn sınaq imtahanının təşkili və 9-cu siniflər üçün DİM tərəfindən hazırlanmış “Qiymətləndirmə kitabçası”nda yeni modelə uyğun tapşırıq nümunələrinin verilməsi qərara alınıb.
Qeyd edilənlərin həyata keçirilməsi üçün uzun müddət tələb olduğundan, qarşılıqlı razılaşma əsasında yeni imtahan modelinin 2024-cü ildən başlayaraq buraxılış imtahanında tətbiq edilməsi nəzərdə tutulur.



Gələn il keçiriləcək buraxılış imtahanlarının tarixləri
DİM avqustda keçiriləcək imtahanlarla bağlı məlumat yaydı
DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıb
9-cu siniflər üzrə buraxılış imtahanının I mərhələsi nə vaxt keçiriləcək? - AÇIQLAMA
Mart və apreldə keçiriləcək imtahanların tarixləri...
Bu gün 8 124 şagird imtahandan keçir
Qəbul imtahanının modeli çap olunacaq
Gələn ilin buraxılış və qəbul imtahanının vaxtı açıqlandı
Bu mövzular imtahana salınmayacaq
Cocuq Mərcanlı ödənişsiz sınaq imtahanları keçirilib
Məzunların DİQQƏTİNƏ- İyunun 2-də...
Bu gün şagirdlər imtahan verəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 