Tədris ilinin son rübü həm şagirdlər, həm də valideynlər üçün ən çətin dövrlərdən biri hesab olunur. Xüsusilə imtahanlara hazırlaşan yuxarı sinif şagirdlərində yorğunluq və motivasiya itkisi daha qabarıq hiss edilsə də, bu hal artıq aşağı siniflərdə də müşahidə edilir.
ONN media xəbər verir ki, yaz aylarının yaxınlaşması və havaların isinməsi ilə uşaqların diqqətini dərsə cəmləməsi daha da çətinləşir, ev tapşırıqları isə çox vaxt gərginlik və mübahisələrlə müşayiət olunur.
Mütəxəssislər hesab edir ki, bu mərhələdə əsas məqsəd uşağın yüksək qiymət alması deyil, onun öyrənməyə marağını qorumaq və özünə inamını zədələməməkdir. Valideynlərin ən çox yol verdiyi səhvlərdən biri qiymətləri uşağın şəxsiyyəti ilə əlaqələndirmələridir. Uğursuz nəticələr zamanı təzyiq göstərmək əvəzinə, səbəbləri sakit şəkildə müzakirə etmək daha effektiv sayılır.
Bildirilir ki, dərs prosesinin düzgün təşkili də motivasiyaya ciddi təsir edir. Məsələn, tapşırıqlara əvvəlcə asan mövzulardan başlamaq, sonra çətin hissəyə keçmək və sonda yenidən daha sadə işlərlə yekunlaşdırmaq uşağın müqavimətini azaldır və dərsə münasibətini müsbətə doğru dəyişir.
Eyni zamanda, istirahət amili xüsusi əhəmiyyət daşıyır. Dərsdən dərhal sonra əlavə məşğələlərə cəlb olunan uşaqlarda diqqət zəifləyir və emosional yorğunluq yaranır. Bu səbəbdən məktəbdən sonra ən azı bir saatlıq fasilə vermək, xüsusilə bu müddətdə telefon və digər elektron cihazlardan uzaq qalmaq tövsiyə olunur.
Mütəxəssislər vurğulayır ki, səhvlərə münasibət də motivasiyada mühüm rol oynayır. Uşağın səhv etməkdən qorxması öyrənmə prosesini ləngidir. Halbuki səhvlər biliklərin mənimsənilməsinin təbii hissəsidir və düzgün yanaşma ilə inkişaf üçün fürsətə çevrilə bilər.
Bundan əlavə, valideyn və uşağın məsuliyyət bölgüsü də düzgün qurulmalıdır. Valideyn dəstəkçi rolunda çıxış etməli, lakin tapşırıqları uşağın yerinə yetirməməlidir. Bu yanaşma uşaqlarda müstəqilliyi və məsuliyyət hissini gücləndirir.
Qeyd olunur ki, düzgün yanaşma ilə tədris ilinin son mərhələsini daha sakit və effektiv keçirmək mümkündür.



Ekspert nazirə qarşı: 1 sentyabrda başlasın, ancaq…
Birinci sinfə gedəcək uşaqların VALİDENLƏRİNİN NƏZƏRİNƏ!
Gələn həftə 5 gün dərs olmayacaq
DİQQƏT: Bu 6 üsul varsa demək siz övladınıza qarşı sərtsiniz
Şagird sıxlığı necə tənzimlənəcək?
DYP yeni tədris ilinin başlanması ilə əlaqədar müraciət etdi
İmtahanla bağlı valideynlərə XƏBƏRDARLIQ
Uşaqları günvurmadan necə qoruyaq?
Xəbərdarlıq- Uşaqlara bu dərmanı verməyin
Məktəbli çantasının ağır olması bu xəstəliklərə yol aça bilər! - XƏBƏRDARLIQ
İmtahandan öncə zehni POZAN QİDALAR NƏLƏRDİR?
Məktəblərdə müəllim vakansiyası gizlədilir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 