Son dövrdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə aparılan islahatların davamı olaraq, nazirliyin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsi (www.ani.edu.gov.az) yenilənib. Həmçinin müraciət qaydaları ilə bağlı bütün zəruri məlumatlar səhifədə əksini tapıb, “Mütəmadi verilən suallar” bölməsi yaradılıb və nostrifikasiya prosedurlarına dair vətəndaşları maraqlandıran bir çox suallar cavabları ilə birlikdə əlavə olunub.
ONN media xəbər verir ki, Təhsil Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib. Eyni zamanda Təhsil Nazirliyi diplomların tanınması sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.
Onu da bildiririk ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd nostrifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır. Belə şirkətlərin vasitəçiliyi ilə Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı xüsusi üstünlüyə malik olmur.
Vətəndaşlardan bu cür hallarla qarşılaşdıqları halda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti: 146 - 1) və ya [email protected] elektron poçt ünvanına məlumat vermələri xahiş olunur.



Xaricdə təhsil alanların DİQQƏTİNƏ
DİQQƏT- Bu diplomlar tanınmayacaq
Baş Nazirdən ŞAD XƏBƏR: Rüsum ləğv edildi
Xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Diplomların tanınması ilə bağlı sənəd qəbulu dayandırılacaq
Ölkəmizdə xarici diplomların tanınması qaydaları dəyişdirilir
“Təhsil haqqında” qanun dəyişdirildi
Təhsil krediti verilən tələbələrin SAYI
Xarici diplomlar hansı hallarda tanınmır?
Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF
Agentlikdən onlayn formada təhsillə bağlı xəbərdarlıq
Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 