“Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir.
ONN media xəbər verir ki, dəyişiklik Azərbaycan vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ ilə bağlıdır.
Qanunun 44-cü (Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ) maddəsinə yeni 44.1-1. bəndi əlavə olunur.
Həmin bəndə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.
Qeyd edək ki, qanuna edilən dəyişiklik Prezidentin "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında" 2017-ci il 6 dekabr tarixli 3457 nömrəli və "Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında" 2018-ci il 10 yanvar tarixli 3567 nömrəli sərəncamlarının icrası məqsədilə təklif olunur.



“Təhsil haqqında” qanun qəbul edildi
Prezident “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Əli Əsədovdan təhsillə bağlı MÜHÜM QƏRAR
Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
“Peşə təhsili haqqında” qanunda dəyişiklik edildi
Prezident Miqrasiya Məcəlləsində dəyişikliyi təsdiqlədi
Oqtay Şirəliyevin bu səlahiyyəti Ramin Bayramlıya verildi
Xaricdə təhsil qaydaları dəyişdirildi
Magistratura ilə bağlı bu qayda sentyabrdan qüvvəyə minir
Dövlət rüsumu haqqında qanuna dəyişiklik edildi
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 