Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsil alması Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” ilə tənzimlənir.
Nazirlər Kabinetindən ONN media -ya bildirilib ki, qaydaların təsdiq olunmasından sonra keçən dövr ərzində icra zamanı qarşıya çıxan bir sıra məsələlərin tənzimlənməsi məqsədilə Qaydalarda dəyişikliyin edilməsinə ehtiyac yaranıb.
Bu dəyişikliklərin edilməsi aşağıdakı məsələləri əhatə edir:
1.Beynəlxalq təcrübə nəzərə alınmaqla, əcnəbilərin yerli ali təhsil müəssisələrinə müraciətlərinin asanlaşdırılması, eyni zamanda müraciətlərinə baxılması, izlənməsi və nəticələrinin nəzarətdə saxlanması, statistik təhlillərin aparılmasının təmin edilməsi məqsədilə yerli ali təhsil müəssisələrinə Dövlət İmtahan Mərkəzindən kənar qəbul üçün müraciət edən əcnəbilərin qəbulunun elektronlaşdırılması həyata keçiriləcəkdir. Əcnəbilər üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin Elektron sənəd qəbulu altsistemində elektron ərizəni dolduraraq təhsil müəssisəsinə müraciət imkanı yaradılacaqdır.
2.Qaydaların “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunununa uyğunlaşdırılması məqsədilə ali təhsil müəssisələrində təhsil almaq üçün müraciət edən şəxslərin dil və ixtisas bilikləri yetərli olmadığı halda, əcnəbilərin hazırlıq sinifləri, kursları və ya birbaşa təhsil səviyyəsi üzrə hazırlığının aparılması imkanları yaradılacaqdır.
3.Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin əksəriyyəti ali təhsil müəssisəsi ilə bağladığı müqavilə əsasında təhsilalanlardır. Əcnəbilər əyani təhsilalma formasında təhsil almaq hüququ əldə etdikdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 44.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətini 90 (doxsan) gün müddətində təhsil müəssisəsinə təqdim etməlidirlər. Müvafiq dəyişikliyə əsasən müqavilədə ölkədə yaşama sənədini təqdim etməyən şəxslərin ali təhsil müəssisəsindən xaric olması öz əksini tapmışdır.



Əli Əsədovdan təhsillə bağlı MÜHÜM QƏRAR
“Təhsil haqqında” qanuna hansı dəyişiklik təklif edilir?
Prezident Miqrasiya Məcəlləsində dəyişikliyi təsdiqlədi
Bu məsələdə universitetlərə muxtariyyət verilib - RƏSMİ
Baş nazirdən əcnəbilərlə bağlı QƏRAR
Baş nazir təhsillə bağlı qərarda dəyişiklik etdi
Nazirlər Kabineti Prezidentin Fərmanı ilə bağlı bir sıra qərarlara dəyişiklik etdi
Azərbaycanda yaşayan əcnəbilərə XƏBƏRDARLIQ
İlham Əliyev təhsillə bağlı tapşırıq verdi
Miqrasiya Xidmətindən əcnəbilərə müraciət
Tələbə təqaüdlərinin təyin olunması və ödənilməsi ilə bağlı QAYDALAR DƏYİŞDİ
İlham Əliyev daha bir sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 