Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək.
Təhsil Nazirliyindən ONN media-ya verilən məlumata görə, qurultayda dövlət və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri iştirak edəcək. Qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə dəvət edilib.
Qurultayda "Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsi məsələləri müzakirə olunacaq, ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılacaq.
Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi medalı” ilə təltif olunmuş 100-dən artıq təhsil işçisinə dövlət təltifləri təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir.



Prezidentin təhsillə bağlı mühüm sərəncamları – Siyahı
Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək
Azərbaycanda uşaq bağçaları ilə bağlı xəbər var
Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ
Peşə məktəblərinin müəllimləri imtahan verəcək
Müəllimlərin nəzərinə: bu tarixdən sənəd qəbulu başlayır
Azərbaycanda əyani dərslərlə bağlı QƏRAR VERİLDİ
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
“Bayraq yürüşü” keçiriləcək
Gələn il keçiriləcək buraxılış imtahanlarının tarixləri
Şəhid ailələri bu ödənişdən AZAD OLUNDULAR - SƏRƏNCAM
Bu gün neçə tələbə dərsə başlayıb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 