Unutmayaq, unutdurmayaq. 13 may (1929 – 1995) – şair, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqı və Azərbaycan Jurnalistlər İttifaqının üzvü, Qabaqcıl maarif xadimi, Azərbaycanın Əməkdar incəsənət xadimi olmuş Hikmət Ziyanın doğulduğu gündür. Hikmət Ziya Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Sonra valideynləri Ağdam şəhərinə köçür və Hikmətin uşaqlıq illəri Qarabağda keçir. Orta təhsilini Ağdam şəhər 1 saylı orta məktəbində alır. Sonra ali təhsil almaq məqsədilə Bakıya gəlir. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra təyinatını “Azərbaycan pioneri “ qəzeti redaksiyasına alır. Burada uzun müddət (1952-1969) ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifəsində çalışır. 1969-1984-cü illərdə “Göyərçin“ jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri, məsul katib vəzifələrində işləyir. Ədəbi yaradıcılığa 1952-ci ildə «Azərbaycan pioneri» qəzetində çap edilən «Qeqola» adlı ilk şeiri ilə başlamışdır. 1952-1969-də «Azərbaycan pioneri» qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri işləyib. 1969-1984-də «Göyərçin» jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri, məsul katib vəzifələrində işləmişdir. İlk satirik şeirləri, eyni zamanda «Atamın hədiyyəsi» (1957), «Bahar gözəldir, ya qış?» (1959), «Milçək ürəyi» (1960) kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur. «Sınaq», «Ekiz qardaşlar» pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına («Nənəmin nağılı», «İkilərin sərgüzəştləri», «Solğun çiçəklər») və şeirlərinə musiqi bəstələnmişdir. Ölkənin ayrı-ayrı şəhərlərində keçirilən uşaq və gənclər kitabı həftələrində, eləcə də təşviqat qatarı ilə səfərlərdə, yubiley təntənələrində iştirak etmişdir.
13 may Hikmət Ziyanın doğulduğu gündür



13 may Hikmət Ziyanın doğulduğu gündür
13 may Hikmət Ziyanın doğulduğu gündür
12 mart Cabir Novruzun doğulduğu gündür
Bu gün Cabir Novruzun doğulduğu gündür
20 fevral Əliağa Kürçaylının doğulduğu gündür
20 fevral Əliağa Kürçaylının doğulduğu gündür
Qaldı arxada artıq ömrün xöşbəxt illəri - Əliağa Kürçaylı
27 yanvar Adil Babayevin doğulduğu gündür
Bu gün Adil Babayevin doğulduğu günüdür
20 avqust Adil Babayevin vəfat etdiyi gündür
Duyğuları bənzərsiz şair, NƏBİ XƏZRİ
Şeir mənim üçün sirli həyatdır - Nəbi Xəzri
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 