Unutmayaq, unutdurmayaq! 17 sentyabr (d.1909-ö1989) Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçisi Leyla Ələsgər qızı Məmmədbəyovanın doğulduğu gündür. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur. İlk əmək fəaliyyətinə 1930-cu ildən başlayan Leyla Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Yetkinlik yaşına çatmamış dörd uşaq anası mayor Məmmədbəyovanın Böyük Vətən müharibəsində iştirakından imtina edildi. Aeroklubun bağlanmasına görə o, desantçı və paraşütçü kurslarını tədris etməyə icazə almışdı. O, müharibə illəri ərzində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollamışdı. Onların arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Leyla Ələsgər qızı Məmmədbəyova 1989-cu ildə vəfat etmişdir. Allah rəhmət eləsin!
17 sentyabr Leyla Məmmədbəyovanın doğulduğu gündür



Bu gün Leyla Məmmədbəyovanın doğulduğu gündür
İlk qadın təyyarəçi Leyla Məmmədbəyova
Leyla Məmmədbəyova
Azərbaycan şahinləri, GÜNÜNÜZ MÜBARƏK!
12 mart Cabir Novruzun doğulduğu gündür
Bu gün Cabir Novruzun doğulduğu gündür
5 aprel Asəf Zeynallının doğulduğu gündür
Bu gün İsmayıl Şıxlının doğulduğu gündür
22 mart İsmayıl Şıxlının doğulduğu gündür
13 sentyabr Arif Məlikovun doğulduğu gündür
Bu gün Cəfər Cabbarlının doğulduğu gündür
20 mart Cəfər Cabbarlının doğulduğu gündür
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 