Kimse bilmez Tanrıdağ’ın yaşını,
Duman almış Altayların başını,
Uçurtmuştur baştan devlet kuşunu,
Satvetine yüz çevirmiş zaman hey!
Unutmayaq, unutdurmayaq.
25 mart (1907-1952) Azərbaycanın mühacir şairi, Türkün böyük oğlu Almas İldırımın doğulduğu gündür.
Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olmuşdur. Əsl adı Əbdülhəsəndir. Lakin uşaqlıqdan onu babasının adı ilə - Almas çağırırdılar. Şeirlərini Almas İldırım imzasıyla dərc etdirdiyindən bu adla da tanınmış və məşhurlaşmışdır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəsli sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevrilir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilir.
1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bugün" adlı şeir məcmuəsini çap etdirir. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunur. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Azərbaycandan Aşqabada göndərilən bir QPU agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlmişdi ki, "A.İldırım ideolojimiz üçün zərərli bir insandır...". Bundan sonra Türkmənistanda qalmaq Almas İldırım üçün təhlükəli idi və 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.
Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İrana çatırlar. Almas İldırım dərhal həbs olunur. 25 gün həbsxanada qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verirlər, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.
Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. 1934-cü ildə Almas İldırım Türkiyə vətəndaşlığına qəbul edilir. Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir, müxtəlif bölgələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışır.
Almas İldırım bunlarla yanaşı daima yaradıcılığını davam etdirib. Onun jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirləri nəşr etdilmiş, milliyətçi və istiqlalçı şair kimi tanınmışdır. Yazdığı şeirlər "Boğulmayan səs" adı altında çap olunmuşdur. Bundan başqa, onun "Azərbaycan mahnıları" adlı kitabı da var. Azərbaycan Kültür Dərnəyinə üzv olan Almas İldırımın yazıları "Çinaraltı", "Orxun", "Gökbörü", "Boz qurd", "Kommunizmlə mücadilə" və digər qəzet və dərgilərdə dərc olunub.
1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olmuşdur.
Allah rəhmət eləsin.



Bu gün Almas İldırımın doğulduğu gündür
Mən tufanla doğmuşam, tufanla öləcəyəm!.. - Almas İldırım
Bu gün Almas İldırım anım günüdür
14 yanvar Almas İldırımın vəfatı günüdür
Almas İldırım
12 mart Cabir Novruzun doğulduğu gündür
Bu gün Cabir Novruzun doğulduğu gündür
12 mart Süleyman Rüstəmin doğulduğu gündür
29 mart Məmduh Şövkət Esendalın doğulduğu gündür
Takistanda etirazçılara atəş açıldı: ölən var
20 mart Cəfər Cabbarlının doğulduğu gündür
Bu gün Süleyman Rüstəmin doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 