Unutmayaq, unutdurmayaq! Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olan Vəfa Fətullayeva Məhərrəm Haşımovun kursuna düşür. Bir müddət öz xarici görkəmini nəzarətsiz buraxdığından Vəfa birdən-birə kökəlir. Bu, Məhərrəm Haşımovun da diqqətindən yayınmır. Və bir gün dərslərin birində "Qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?" deyir. Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın onsuz da tükdən asılı olan seçiminin taleyini təyin edir. O, bir müddət dərsə gəlmir. Və günlərin birində məlum olur ki, Vəfa bu dəfə heç kimlə məsləhətləşmədən fakültəsini dəyişib. Keçib teatrşünaslığa. Vəfa Fətullayeva 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olan əməkdar artist 21 may 1987-ci ildə - 42 yaşında vəfat edib. Vəfa Fətullayevanın atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası SSRİ Xalq Artisti, aktrisa Hökumə Qurbanova, əmisi aktyor Fateh Fətullayev, əmisi oğlu rejissor Hafiz Fətullayevdir. Allah rəhmət eləsin.
Bu gün Vəfa Fətullayevanın vəfat etdiyi gündür



Bu gün Vəfa Fətullayevanın anım günüdür
Vəfa Fətullayevanın vəfat etdiyi gündür
Fövqəladə ünsiyyətcil - Vəfa Quluzadə
Bu gün Vəfa Quluzadənin doğulduğu gündür
Vəfa Quluzadə
21 dekabr Vəfa Quluzadənin doğum günüdür
Məhərrəm Bədirzadə vəfat etdi
Azər Zeynalova ağır itki üz verib
Xalq artisti vəfat etdi
"Deyirdi ki, nə yola düşürşən düş, qazan, gətir" — ƏRİNİ ÖLDÜRƏN QADINDAN ŞOK ETİRAFLAR
Məşhur jurnalistə AĞIR İTKİ ÜZ VERDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 