Unutmayaq, unutdurmayaq!
Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olmuşdur. Atası Mirzəağa Quluzadə-ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Anası Yaqut Dilbazi Mirvarid Dilbazinin bacısıdır.
1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olmuş, 1963-cü ildə həmin Ali təhsil ocağını bitirmişdi.
2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparmışdır.
1962–1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır. Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adı almışdır.
Vəfa Quluzadə rus, ərəb, ingilis və fars dillərini mükəmməl bilirdi.
1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlamışdır. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sədatın SSRİ Xarici işlər naziri Andrey Qromıko ilə görüşündə iştirak etmişdir.
1973-cü ildə vətənə qayıdan Vəfa Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlamışdır. Həmin illərdə Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirmişdir.
Yenidən diplomatik xidmətə qaytarılan Vəfa Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilmişdir.
1990-ci ildə Azərbaycana qayıdır və Azərbaycan Respublikasının xarici siyasət üzrə Dövlət Müşaviri işləyir. Bu zaman ərzində Vəfa Quluzadə Azərbaycan xarici siyasətinin formalaşmasında yaxından iştirak etmişdir. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olmuşdur.
O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak etmişdir. Azərbaycan–Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik etmiş, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak etmişdir.
Mükəmməl bir diplomat kimin Vəfa Quluzadənin SSRİ XİN-dəki şəxsi işində yazılıb: “Fövqəladə ünsiyyətcil, olduğu ölkənin yüksək dairələri ilə etibarlı əlaqələr qurmağı bacarır.”
Vəfa Quluzadə musiqi məktəbinin müəlliməsi Leyla Əhmədova ilə evli idi. Bir qızı və dörd nəvəsi var. Vəfa Quluzadə 1 May 2015-ci ildə vəfat etmişdir.
Allah rəhmət eləsin.



Aydın Abiyev vəfat etdi
AMEA-nın şöbə müdiri dünyasını dəyişdi
14 yanvar Zahid Xəlilovun doğulduğu gündür
Bu gün Zahid Xəlilov doğulub
14 yanvar Zahid Xəlilovun doğulduğu gündür
Vəfa Quluzadə
Bu gün Vəfa Fətullayevanın vəfat etdiyi gündür
Bu gün Vəfa Fətullayevanın anım günüdür
14 dekabr Xudu Məmmədovun doğum günüdür
Vəfa Fətullayevanın vəfat etdiyi gündür
İlham Əliyevin təltif etdiyi şəxslər kimdir?
Qorbaçovu ayağa qalxmağa məcbur edən Tofiq İsmayılov
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 