Unutmayaq, unutdurmayaq!
Vəfa Fətullayeva 21 may 1987 -ci ildə vəfat edib.
İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olan Vəfa Fətullayeva Məhərrəm Haşımovun kursuna düşür. Bir müddət öz xarici görkəmini nəzarətsiz buraxdığından Vəfa birdən-birə kökəlir. Bu, Məhərrəm Haşımovun da diqqətindən yayınmır. Və bir gün dərslərin birində “Qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?” deyir. Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın onsuz da tükdən asılı olan seçiminin taleyini təyin edir. O, bir müddət dərsə gəlmir. Və günlərin birində məlum olur ki, Vəfa bu dəfə heç kimlə məsləhətləşmədən fakültəsini dəyişib. Keçib teatrşünaslığa.
Vəfa Fətullayeva 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olan əməkdar artist 21 may 1987-ci ildə – 42 yaşında vəfat edib. Vəfa Fətullayevanın atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası SSRİ Xalq Artisti, aktrisa Hökumə Qurbanova, əmisi aktyor Fateh Fətullayev, əmisi oğlu rejissor Hafiz Fətullayevdir.



Vəfa Fətullayevanın vəfat etdiyi gündür
Bu gün Vəfa Fətullayevanın vəfat etdiyi gündür
21 dekabr Vəfa Quluzadənin doğum günüdür
Fövqəladə ünsiyyətcil - Vəfa Quluzadə
Vəfa Quluzadə
Bu gün Vəfa Quluzadənin doğulduğu gündür
Xalq artisti vəfat etdi
Azər Zeynalova ağır itki üz verib
Məhərrəm Bədirzadə vəfat etdi
"Deyirdi ki, nə yola düşürşən düş, qazan, gətir" — ƏRİNİ ÖLDÜRƏN QADINDAN ŞOK ETİRAFLAR
Məşhur jurnalistə AĞIR İTKİ ÜZ VERDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 