Dəyərli dostlar! Unutmayaq unutdurmayaq! 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsusu “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub. 20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da vertolyotda olublar. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı qara qutunu Rusiyaya göndərdilər. Ancaq qara qutudan heç bir səs-soraq çıxmadı… Və niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan “Mi-8”i silahlı mühafizə vertolyotu müşayiət etmirdi? Niyə onların hamısı bir vertolyotda idi? Bütün bunlar mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir və onu birdaha göstərirki, bu reys məqsədli olub. Nə yazıq ki, məkirli düşmən o niyyətinə nail oldu! 1991-ci il noyabrın 20-də “Mi-8” hərbi vertolyotunda həlak olanlar: Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi; İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror; Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri; Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini; Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili; Vəli Hüsyn oğlu Məmmədov – millət vəkili; Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri; Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini; İqor Aleksandiroviç Plaviski – DQMB-nin prokuroru; Vladimir Vladimiroviç Kovalyov - DQMB-nin Daxili İşlər İdarəsinin rəisi; Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi; Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı; Sanlal Dasumoviç Serikov – Qazaxıstan daxili işlər nazirinin müavini; Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru; Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant; Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi; Alı Mustafa oğlu Mustafayev – telejurnalist; Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı; Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator; Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri; Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü; Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü. ALLAH RƏHMƏT ELESİN! AMİN!
1991-ci il noyabrın 20-də Xocavənd Qarakənd - növbəti erməni terroru.



1991-ci il noyabrın 20-də Xocavənd Qarakənd -NÖVBƏTİ ERMƏNİ TERRORU
Şuşadakı erməni terrorundan 29 il ötür
Qarakənd faciəsindən 32 il ötür
Qarakənd faciəsindən 31 il ötür
Xocavənd rayonunun işğalından 27 il ötür
DTX-nın antiterror əməliyyatı: iki kənd nəzarətə götürüldü
Bu gün Qaradağlı faciəsinin ildönümüdür
Xocavəndsiz 26 il
SON DƏQİQƏ: Hərbi hissədə DƏHŞƏT- Onlarla yüksək rütbəli hərbçi güllələndi
İrəvanın Azərbaycanın ünvanına iddiaları əsassızdır - XİN
SON DƏQİQƏ: Mövqelərimiz atəşə tutuldu
Ramil Usubov Təhlükəsizlik Şurasının katibi postunda kimi əvəz etdi?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 