Unutmayaq, unutdurmayaq! 16 fevral (1873-1925) Azərbaycan xalq memarlığının görkəmli nümayəndələrindən biri, Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olmuş Zivərbəy Əhmədbəyovun doğulduğu gündür. Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda almışdır. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902-1917-ci illərdə Z.Əhmədbəyov Bakı Quberniyasının İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləmişdir. 1922-ci ilə kimi Bakı şəhərinin baş memarı olmuşdur. Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin,Göyçayda Əbülfəzlil Əbbas məscidinin (1898-1902), Əmircanda Murtuza Muxtarov məscidinin (1908) (məscidi Kərbəlayi Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilmişdir. Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur. Z.Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. Bakıda Oftalmologiya institutunun binası və onun layihəsilə tikilən bir sıra yaşayış binaları bu gün qalmaqdadır. 1917-ci ildə Z.Əhmədbəyov “İslam mədəniyyət abidələrini qoruyan”, 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan “Yeni Şirvan” cəmiyyətlərini yaradır. 26 may 2011-ci ildə Bakıda “Nizami” metro stansiyası qarşısında Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. Zivərbəy Əhmədbəyov 1925-ci ildə Bakıda intihar edib. Allah rəhmət eləsin.
Bu gün Zivərbəy Əhmədbəyovun doğulduğu gündür



16 fevral Zivərbəy Əhmədbəyovun doğulduğu gündür
16 fevral Zivərbəy Əhmədbəyovun doğulduğu gündür
Zivərbəy Əhmədbəyov
Təzə Pir məscidinin ərazisi genişləndiriləcək - QMİ
Bu gün Abbas Mirzə Şərifzadənin doğulduğu gündür
12 mart Cabir Novruzun doğulduğu gündür
Bu gün Cabir Novruzun doğulduğu gündür
8 avqust Rasim Balayevin doğulduğu gündür
4 iyul Məmməd Dəmirçioğlunun doğulduğu gündür
4 İyul Məmməd Dəmirçioğlünün doğulduğu gündür
Bu gün görkəmli aktyorumuz Rasim Balayevin doğum günüdür
Hacı Şahini əvəz edən Əli Şərbətov kimdir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 