Unutmayaq, unutdurmayaq! Bu gün Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri Kamal Xudaverdiyevin doğum gününüdür. Xudaverdiyev Kamal Ağahüseyn oğlu 1938-ci ildə Bakıda doğulub. Ali təhsilini başa vurduqdan sonra Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə truppaya ştata götürülüb. Arada qısa fasiləni çıxmaqla yalnız Akademik teatrda işləyib. Bu illər ərzində Raul («Orlean qızı», Fridrix Şiller), Fərman («Yalan», Sabit Rəhman), Lətif («Söz yarası» ,Qeybulla Rəsulov), Aslan («Kəndçi qızı» Mirzə İbrahimov), Laert («Hamlet» Uilyam Şekspir) kimi onlarla səhnə obrazı canlandırıb. Aktyor teatrdan əlavə Azərbaycan Dövlət Televiziyasında da hazırlanan tamaşalarda çoxlu obrazlar yaradıb. İlyas Əfəndiyevin «Atayevlər ailəsində» (İldırım),Ənvər Məmmədxanlının «Şərqin səhəri» (Cavanşir bəy), Mehdi Hüseynin «Alov» (Qaşqay), Əlibala Hacızadənin «Yadigar» (Müəllim), Nazim Hikmətin «Bayramın son günü» (Firuz) və «Şöhrət və ya unudulan adam» (doktor), Elçin Mehrəliyevin «Yurd yeri» (Mahal kişi) kimi rollar bu qəbildəndir. Müxtəlif illərdə «Azərbaycanfilm» kinostudiyasında «İstintaq davam edir» (Çingizov), «Ən vacib müsahibə» (Həsənov), «Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi» (Yusif), «Abşeron» (Əli), «Üzü küləyə» (kombinat müdiri), «Adanı özünlə apara bilməzsən» (ata), «Otel otağı» (alim), «Dədə Qorqud» (ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib. Kamal Xudaverdiyev teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1991-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsü idi. İstedadlı aktyor 2008-ci ildə ürək çatımazlığından vəfat edib.
3 may Kamal Xudaverdiyevin doğulduğu gündür



Bu gün Kamal Xudaverdiyevin doğum günüdür
6 yanvar İsmayıl Dağıstanlının doğulduğu gündür
6 yanvar İsmayıl Dağıstanlının doğulduğu gündür
6 yanvar İsmayıl Dağıstanlının doğulduğu gündür
24 may Fuad Poladovun doğulduğu gündür
Ramiz Məlik vəfat etdi
24 may Fuad Poladovun doğulduğu gündür
4 MAY FUAD POLADOVUN VƏFAT ETDİYİ GÜNDÜR
8 dekabr Elxan Ağahüseynoğlunun doğum günüdür
4 may Fuad Poladovun vəfat etdiyi gündür
8 dekabr Elxan Ağahüseynoğlunun doğulduğu gündür
Teatr və kino sənətinin qüdrətli aktyorlarından Hamlet Xanızadə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 