Unutmayaq, unutdurmayaq! 1923-cü il 15 avqust tarixində Bakı şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. Atası, Məmmədov Nazim Rauf oğlu həbs edilmiş və 1949-cu ildə həbsxanada vəfat etmişdir. Ölümündən sonra bəraət almışdır. Anası, Olqa Alekseyevna İvanova makinaçı-kargüzar işləyirdi. İngilis, alman, italyan və fransız dillərini bilir. Oğlu Məmmədov Georgi Ənvəroviç fövqəladə və səlahiyyətli səfir dərəcəsində diplomatdır. Yeddinci sinifi bitirdikdən sonra Ənvər Məmmədov çilingər köməkçisi işləməyə başlamış, məktəbi bitirdikdən sonra isə 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunmuşdur. Lakin, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunmuşdur. Bundan sonra Bakıya qayıtmış və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilmişdir. Böyük Vətən Müharibəsində iştirak etmişdir. 1943-cü ildə ordudan xaric edilərək, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləməyə göndərilmişdir. 1944–1945-ci illərdə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi işləmişdir. Nürnberq prosesi zamanı beynəlxalq tribunalın SSRİ-dən olan nümayəndələri arasında olmuşdur. 1950-ci ilin fevralınadək SSRİ xarici işlər nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 1953-cü ildə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirmişdir. 1956-cı ilədək ABŞ, İngiltərə və Latın Amerikasına yayım üzrə Baş redaksiyanın baş redakoru vəzifəsində işləmişdir. Həmin il XİN-ə qayıtmış, 1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə (səfirdən sonra ikinci şəxs) və "USSR" jurnalının baş redaktoru vəzifəsində işləmişdir. 1959-1960-cı illərdə "Sovinformbüro"nun baş redaktoru və sədrin birinci müavini olmuşdur. 1961-ci ildə "Novosti" mətbuat agentliyi sədrinin birinci müavini və siyasi şərhçisi təyin edilmişdir. 1962-1985-ci illərdə SSRİ Dövlət televiziya və radio yayımları komitəsinin ("Qosteleradio") sədri Sergey Lapinin birinci müavini olmuşdur. Həmin vəzifədə işlədiyi dövrdə hazırda populyar olan bəzi sovet filmlərinin, o cümlədən "Baharın on yeddi anı" və "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmlərinin qadağan olunmasına mane olmuşdur. 1964-cü ilin avqustunda Aleksandr Yakovlevlə birlikdə "Mayak" radiosunun yaradılmasında iştirak etmişdir. Bu radio SSRİ-də yayımlanan qərb radioları ilə rəqabət aparmaq üçün yaradılmışdı. 1986-1992-ci illərdə "Novosti" mətbuat agentliyinin siyasi şərhçisi, RİA-radionun məsləhətçisi işləmişdir. Təbrik edirik.
15 avqust Ənvər Məmmədovun doğum günüdür



Fövqəladə ünsiyyətcil - Vəfa Quluzadə
23 AVQUST ŞAHMAR ƏLƏKBƏROVUN DOĞUM GÜNÜDÜR
26 iyul İsmayıl Şıxlının vəfat etdiyi gündür
23 avqust Şahmar Ələkbərovun doğum günüdür
Bu gün Ərtoğrul Cavidin doğum günüdür
Bu gün İsmayıl Şıxlının doğulduğu gündür
22 mart İsmayıl Şıxlının doğulduğu gündür
8 avqust Aliya İzzetbeqoviçin doğulduğu gündür
YAP Gənclər Birliyinin yeni sədri kimdir? – DOSYE
22 dekabr Mehdi Hüseynzadənin doğum günüdür
Bu gün Nəbi Xəzrinin vəfat etdiyi gündür
22 oktyabr Ərtoğrul Cavidin doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 