Unutmayaq, unutdurmayaq! Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa şəhərində anadan olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Şərəbanı-xanım Hacı Molla Zeynal qızı idi. Kürd mənşəli Xoy və Şəki sahibkar xanların nəslindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu. Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli-xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil millət vəkili seçildi. Müxtəlif məqsədli komisiyalara seçilmişdir, habelə: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, ədliyyə nazirliyinin yoxlanışı üçün təqdim olunan Dövlət dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsini Dövlət dumasının müzakirəsinə qəbul edilənliyi məsələsinə baxılması üçün yaradılan komisiyalarda.
Müsəlman fraksiyasının üzvü idi, köçürülmə siyasətinin əleyhinə çıxış edirdi, kadetlər partiyasına daha çox üstünlük verirdi. 1917 Fevral inqilabından sonra 1-ci Qafqaz müsəlmanları qurultayının (aprel, Bakı) iştirakçısı idi; may ayında Moskvada keçirilən 1-ci Ümumrusiya müsəlman qurultayında Ümumrusiya müsəlman Şurasının İcraiyyə Komitəsinin üzvü oldu. Bitərəflə "Müsavat" partiyasının 1-ci qurultayında (26–31 oktyabr) iştirak etmişdir, Azərbaycana Rusiyanın tərkibində muxtariyyət verilməsi haqqında müsavatçıların tələbini dəstəkləyirdi. Bakı şəhər Dumasına (oktyabr 1917 — aprel 1918) rəhbərlik etmişdir. Zaqafqaziya komissarlığı (15 noyabr 1917–10 fevral 1918) nəzdində xalq maarif komissarı olmuşdur. Zaqafqaziya Seyminin (10 fevral — 26 may 1918) üzvü; "Müsavat" və demokratik bitərəf qrupun fraksiyasına daxil olmuşdur. Aprel ayından Zaqafqaziya hökumətinin ədliyyə naziri təyin olundu. Müvəqqəti Azərbaycan Milli Şurasının (27 may — 7 dekabr) üzvü. Mayın 27-dən Milli Şuranın icraiyyə komitəsinin sədri olmuşdur.



Mirzə Fətəli Axundzadə 30 iyunda doğulub
Sürücülərin NƏZƏRİNƏ: Bu küçədə maşınların hərəkətinə məhdudiyyət qoyulub
24 fevral Əli bəy Hüseynzadənin doğulduğu gündür
24 fevral Əli bəy Hüseynzadənin doğulduğu gündür
31 yanvar Ələsgər Ələkbərovun vəfat etdiyi gündür
31 yanvar Ələsgər Ələkbərovun vəfat etdiyi gündür
Bakıda DƏHŞƏT - Yeniyetmə özünü çox mərtəbəli binanın damından atdı
12 mart Cabir Novruzun doğulduğu gündür
Bu gün Cabir Novruzun doğulduğu gündür
Bu yollarda hərəkət məhdudlaşdırılacaq - BNA
Bu gün Süleyman Rüstəmin doğulduğu gündür
17 dekabr Osman Sarıvəllinin doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 